Ceyran Dursun qızı Ənsər, 25 yanvar 1956 – cı ildə indiki Ermənistan adlanan Qərbi Azərbaycanın Noyamberyan rayonunun keçmiş Ləmbəli, indiki Baqrataşen qəsəbəsində anadan olub.
Baqrataşen 2 N-li orta məktəbini bitirdikdən sonrq 1972/73-cü ildə M. Ə. Sabir adına Pedoqoji Məktəbinə daxil olub.
1975/76-cı illərdə oranı bitirib Baqrataşen 2 N-li orta məktəbində müəllim işləyib.
1988-ci ilin noyabr ayının 25-dən məlum hadisələrlə bağlı rayon rəhbərliyi tərəfindən dədə-baba torpaqlarından silah gücü ilə zorla çıxarılaraq Azərbaycana deportasiya olunub.
1989-cu ildən 2016-cı ilədək “QASİD” ASC-də şöbə müdiri işləyib.
1989–cu ildən Milli Azadlıq Hərəkatına qoşulub. Ölkədə ilk yaranan siyasi partiyanın-Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasında fəal iştirak edib. Bir dəfə proporsional, 1 dəfə mojaritar seçki sistemi ilə Milli Məclisə, üç dəfə bələdiyyə seçkisinə namizəd olub.
Hal-hazırda AMİP Siyasi Şurasının üzvü, partiya sədrinin müşaviridir.