AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müşaviri

Eldar Qoşun oğlu Hüseynov

Eldar Qoşun oğlu Hüseynov

Eldar Qoşun oğlu Hüseynov 15 avqust 1943-cü ildə Zəngəzur mahalının Oxtar kəndində anadan olub.

Ç. İldırım adına Politexnik İnstitutunu mexanika fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1962-ci illərdən başlayıb. 1962-1964-cü illərdə 18 N-li tikinti kombinatında rəngsazlıqdan idarə rəisi vəzifəsinədək yüksəlmişdir. 1991-ci ildə “ŞÜA” istehsalat Kommersiya Mərkəzinin direktor müavini, 1993-cü ildə Azərelektrik mühəndisinin müavini, 1995-ci ildən Nizami rayon su idarəsinin rəisi, 1997-ci ildə Texniki Komplektləşdirmə idarəsinin rəis müavini vəzivəsində çalışmışdır.

2011-ci ildən təqaüddədir.

Azərbaycan Milli İstiqlal Partiyasının sıralarına partiyanın ilk yarandığı günlərdən üzv olmuşdur. 1993-cü ildən Nərimanov rayonunda özək sədri, İdarə Heyətinin sədri, 1995-ci ildə Təşkilat sədrinin müavini, 1999-cu illərdə Təşkilat sədri olmuşdur. AMİP Qurultaylarının hamısında yekdilliklə nümayəndə seçilmişdir. 2000-ci ildən, 2010-cu ilədək AMİP Siyasi Şurasının üzvü olmuşdur. 2020 – ci ildən AMİP sədrinin müşaviridir.