AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü

Sadiq Mahmud oğlu Həmzəyev

Sadiq Mahmud oğlu Həmzəyev

Sadiq Mahmud oğlu Həmzəyev 14.06.1963-cü ildə adadan olub.

1985-1991-ci illərdə Azərbaycan Tibb İnstitutunun cərrahlıq ixtisasını, 1991-1993-cü illərdə kliniki ordinaturanı, 1993-1996-cı illərdə assistent Tibb elmləri namizədi, dosent olaraq tibbi fəaliyyətə başlayıb. 2014-2015-ci illərdə Türkiyədə Transplantologiya (orqan köçürmə) kursunu müvəffəqiyyətlə bitirib. Hal-hazırda Azərbaycan Tibb Universitetinin, lll cərrahi xəstəliklər kafedrasında, eyni zamanda pedoqoji fəaliyyətini davam etdirir.

Sadiq Həmzəyev Azərbaycan Milli İstiqlal Partiyası yarandığı ilk illərdən partiyanın həyatında aktiv fəaliyyət göstərmişdir. Müxtəlif illərdə partiyanın müxtəlif seçkili orqanlarına seçilərək, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş hal-hazırda siyasi fəaliyyətini partiyada Siyasi Şura üzvü olaraq davam etdirir.

Ailəlidir 3 övladı var.