AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Təşkilat və Seçki Məsələləri üzrə müavini

Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Qinyaz oğlu Nəbiyev 29 iyul 1975-ci ildə qədim türk yurdu olan indiki Ermənistan Respublikasının Basarkeçər rayonu Qoşabulaq kəndində anadan olub.

1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq yüzminlərlə soydaşlarımızla birlikdə doğma yurdlarından zorla deportasiya olunub.

22.08.1993-cü il tarixdən 23.07.1997-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.

2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

2005-ci ildə Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunun 3 aylıq kursunu bitirmişdir.

2006-2014 – ci illərdə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.

2014-2016 – cı illərdə Şahdəniz-2 layihəsinində, 2016-2019-cu ilədək Türkiyənin Renessans şirkətində çalışmışdır.

1997-ci ildən AMİP üzvüdür. Müxtəlif illərdə Milli İstiqlal Partiyasının Gənclər Təşkilatının sədri, Bələdiyyələrlə iş üzrə katib Mərkəzi Şura , Siyasi Şura üzvü seçilmişdir. 2020-ci il AMİP Qurultayında yeni nizamnaməyə uyğun olaraq partiyanın Təşkilat və Seçki Məsələləri üzrə sədr müavini seçilmişdir.

Ailəlidir, iki övladı var.

Tel (WhatsApp): +99455 767-44-88

E-mail: afseddin.nabi@amip.az

Facebook: https://www.facebook.com/afseddin.nebiyev

Instagram: https://www.instagram.com/afseddin1975/

Twitter: https://twitter.com/APartiyas