Azərbaycan Milli İstiqlal Partiyası Gənclər Təşkilatı AMİP-nın Nizamnaməsini və Məramnaməsini əsas tutaraq öz fəaliyyətini qurur. Təşkilat öz konfransında gizli səs vermə yolu ilə sədrini və digər seçkili qurumlarını üzvlərini seçir.
Partiyanın Gənclər Təşkilatı ölkəmizdə bir çox layihələrinin həyata keçirilməsində bir çox uğurlara imza atıb. Güclü beynəlxalq əlaqələrə malik olan AMİP Gənclər Təşkilatı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox beynəlxalq konfranslara ev sahibliyi etmişdir.
13 aprel 2012-ci il Beynəlxalq Gənc Demokrat İttifaqı İdarə heyətinin Beyrut Toplantısında erməni işğalçı qüvvələrinin Azərbaycanın ərazilərindən dərhal geri çəkilməsi ilə bağlı Qətnamə qəbul olunmuşdur.
Xocalı soyqırımının dünyada tanıdılması yönündə Gənclər Təşkilatı işlərini hər il genişləndirərək bu soyqırımının dünya dövlətləri tərəfindən tanınması üçün səylərini əsirgəmir.
AMİP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Əli Əliyev, Elşən Mustafayev, Rəşad Bayramov, Nicat Cavanşir, Avfsəddin Nəbiyev rəhbərlik ediblər.
AMIP-in Gənclər Təşkilatı 1997-ci ildən dünyada 100-dən artıq sağ-mərkəz gənclər təşkilatlarını öz ətrafında birləşdirən Beynəlxaq Gənc Demokrat İttifaqının üzvüdür.
Hazırda Gənclər Təşkilatına Ayxan Etibaroğlu rəhbərlik edir.