AMİP-30
a

İyul 2025

Azərbaycan Milli İstiqlal Partiyasının növbəti Qurultayının çağırılması ilə əlaqədar olaraq Rayon (Şəhər) təşkilatlarında hesabat-seçki konfransları davam edir.Növbəti konfranslar 5-6 iyun tarixlərində Yasamal, Salyan, Neftçala rayonlarında keçirilib. AMİP Nizamnaməsinə müvafiq olaraq rayon təşkilatlarının İdarə Heyətləri formalaşıb, Qurultaya nümayəndələr seçilib.Konfranslarda AMİP Sədri Millət vəkili Arzuxan Əlizadə, AMİP Ali Məclisin Sədri Rəşad Bayramov, AMİP Sədrinin Təşkilat Məsələləri üzrə müavini Afsəddin Nəbiyev, AMİP Sədrinin Beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev, AMİP MİK-nın Sədri Maarif Abbasov, AMİP MİK -nın Sədr müavini Elxan Əhmədzadə iştirak ediblər. AMİP- in növbəti XIII

İsveçrə parlamentariləri Erix Fontobelle və Lukas Reimann ABŞ Konqresinin üzvlərinə və əməkdaşlarına “Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz vətənlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmasını təmin etmək” üçün davam edən səylər barədə məlumat verəcək. Bu barədə Amerika Erməni Milli Konqresi (ANCA) məlumat yayıb. İyulun 8-də ABŞ Konqresində isveçrəli deputatların brifinqi nəzərdə tutulub. Brifinqdə Ermənistanın keçmiş xarici işlər naziri və üzdəniraq “Dağlıq Qarabağ xalqının əsas hüquqlarının müdafiəsi komitəsinin sədri” Vardan Oskanyan və Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybner də iştirak edəcək. Oskanyan yerli mediaya müsahibəsində yenə

“Azərbaycan və Özbəkistanı tarixi bağlar və ortaq strateji maraqlar birləşdirir” "Azərbaycanla Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Bu əlaqələr dərin tarixi, mədəni və strateji bağlara əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, sonrakı illərdə müxtəlif sahələr üzrə 200-dən çox saziş və müqavilə imzalanıb". Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə bildirib. Deputat qeyd edib ki, 2022-ci ilin avqustunda imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələr arasındakı münasibətlərin yeni mərhələyə qədəm

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən xüsusi əməliyyat təkcə hüquqi yox, siyasi və etnik kontekstdə də ciddi narahatlığa səbəb olub. Təhlükəsizlik qüvvələrinin yerli azərbaycanlılara qarşı nümayiş etdirdiyi sərt və qeyri-insani münasibət sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) tərəfindən həyata keçirilməsi isə məsələni daha da ağırlaşdırır. Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə baş verənləri açıq şəkildə “dövlətin həyata keçirdiyi cinayət” adlandırıb və bunun cavabsız qalmayacağını bildirib. O, Rusiyada son dövrlərdə azərbaycanlılara qarşı artan təzyiqlərin,

"Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi bir mesajdır”.AZXEBER.COM xəbər verir ki, bu sözləri AZTV-də yayımlanan "Hədəf” verilişində qonaq olan Milli Məclisinin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Xankəndi Azərbaycanın uzun illər ağrılı yarası olsa da, hazırda Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib: "Xankəndi Azərbaycan üçün uzun illər ağrılı yara olub. Hazırda isə həm Şuşa, həm də Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi məkana çeviriliblər. Bu kontekstdə təbii ki, səviyyəli tədbirlərin orada keçirilməsi dünyanın diqqətinin Xankəndiyə yönəlməsi deməkdir. Xankəndidə Türk dövlətlərinin başçılarının iştirakı, eləcə də digər dövlət

"Milli soyadları məsələsində imperativ şəkildə addımlar atılmasına ehtiyac var". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanda hələ də milli soyadları məsələsinə laqeyd münasibətin sərgilənməsini şərh edərkən deyib. Arzuxan Əlizadə bildirib ki, soyadların milliləşdirilməsi məsələsi milli təfəkkür məsələsidir: "SSRİ dağılandan sonra bir çoxları şəxsi təşəbbüslər edərək, soyadlarının milliləşdirilməsi istiqamətində fərdi addımlar atmağa başladılar. O zaman bu istiqamətdə kampaniyaya da başladılar, cəmiyyətdə bununla bağlı çağırışlar da vardı. Amma bunlar imperativ şəkildə olmadı. Bu gün həmin istiqamətdə məhz imperativ şəkildə addımlar atılmasına ehtiyac var. Təəssüf ki, bir çoxları

“Rusiyanın Azərbaycana yönəlik sərt münasibəti bugünün və ya dünənin məsələsi deyil. Azərbaycanın ən azından son 200 ildə başına gələn bəlaların kökündə Rusiya amili durur”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O xatırladıb ki, zamanında Azərbaycan ikiyə bölünməsində də Rusiya faktoru vardı: “Həmçinin, Qarabağın işğal olunmasının və bu prosesin 30 ilə yaxın müddət davam etməsində də Rusiya amili olub. Xocalı faciəsində də Rusiyanın 366-cı motoatıcı alayının olması faktlarla sübuta yetirilib.  Rəsmi Moskva bu siyasətini hər zaman davam etdirib. Azərbaycan qonşu

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür. Soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan da öz mövqeyini sərt formada bildirib. “Münasibətlərin gərginliyi müharibəyə gətirib çıxara bilərmi?” sualı ortadadırsa, hesab edirəm ki, xeyr. Rusiya heç bir halda Azərbaycana qarşı müharibə cəbhəsi açmaz”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, informasiya müharibəsi gedir, basqılar var: “Rusiyada yaşayan soydaşlarımıza

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə ərazisində Rusiya telekanallarının yayımının dayandırılması mümkünlüyündən danışıb: “Hesab edirəm ki, biz Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması məsələsini çox ciddi şəkildə müzakirə etməyə başlamalıyıq. Özlərində Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarı görürlərsə, biz də reaksiya verməli və ən azı, onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq. Ölkəmizdə bu manqurtların proqramları da, onların ölkəyə girişi də çoxdan bağlanıb. Lakin onların dövlət kanalları özlərində Ermənistanın daxili işlərinə qarışmaq hüququ görürsə, bəlkə biz də onların vətəndaşlarımızın mənzillərinə girişini bağlamalıyıq”. Ermənistanın məhz indi bu məsələdə Rusiya telekanallarına qarşı