AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası Qadınlar Təşkilatının sədri

Aminə Ağamirzə qızı Vəliyeva

Aminə Ağamirzə qızı Vəliyeva

22 noyabr 1951-ci ildə Göyçay rayonunun, Şıxlı kəndində anadan olub.

Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

Uzun müddət müxtəlif sahələrdə çalışıb. 1998-ci ilədək “Zərgərlik” Azərbaycan Sənaye Birliyində nəzarət şöbəsinin müdiri vəzifəsində işləyib.

Milli Azadlıq Hərakatının fəal iştirakçılarındandır. 1992-ci ildən AMİP sıralarındadır. AMİP-in II-X Qurultaylarına nümayəndə seçilib. 1998-ci ildən AMİP Siyasi Şurasının üzvüdür. Eyni zamanda Partiyanın Qadınlar Təşkilatının sədridir.

3 övladı var.