AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri

Arzuxan Baxşəli oğlu Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Baxşəli oğlu Əlizadə 18 mart 1965-ci ildə Bakı şəhərində anadan olub.

1981-ci ildə Bakı şəhəri 75 saylı orta məktəbi qızıl medalla bitirib.

1981–1983 və 1985–1986-cı illərdə Bakı şəhəri, Razin (Bakıxanov) qəsəbə sovetində hərbi inspektor vəzifəsində işləyib.

1983–1985-ci illərdə Moskva yaxınlığında ordu sıralarında hərbi xidmətdə olub.

1986–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb.

1992–1993-cü illərdə Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətində hüquqşünas, həmçinin şöbə müdiri vəzifəsini icra edib.

1993–1996-cı illərdə təsisçisi olduğu istehsalat kommersiya müəssisəsinə rəhbərlik etməklə biznes fəaliyyəti ilə məşğul olub.

1996–2000-ci illərdə Müstəqil Vəkillər Kollegiyasının üzvü olaraq vəkillik fəaliyyəti göstərib.

2001–2006-cı illərdə Azərbaycan Beynəlxaq Universitetinin “Dövlət hüququ” kafedrasının Baş müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Eyni zamanda 2001–2005-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olaraq “Fövqəladə vəziyyət şəraitində vətəndaşların Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqları” mövzusunda namizədlik üzərində işləmişdir. İnsan hüquq və azadlıqlarına dair bir sıra elmi məqalə və broşurların müəllifidir.

1988-ci ildə Milli Azadlıq Hərəkatına qoşulmuşdur. 1989–1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycanın Xalq Cəbhəsi Sabunçu rayon şöbəsində dayaq dəstəsinin sədri olmuşdur.

1995-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Aparatında sektor müdiri, 1999-cu ildən təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının, 2001-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü seçilmişdir.

2005-ci ilin martında AMİP baş katibi seçilmiş, bir qədər sonra MSK üzvü kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən istefa vermişdir.

2010-cu ildə yenidən AMİP baş katibi seçilmiş, 2015-ci ilin oktyabr ayından etibarən eyni zamanda AMİP sədr əvəzi olaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Milli İstiqlal Partiyasının 15 avqust 2020-ci il tarixli XI Qurultayında AMİP sədri seçilmişdir.

2003-cü ildə Azərbaycan Milli İstiqlal Partiyasının namizədi olaraq Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü seçilmiş, 2005-2006-cı illərdə partiyanın namizədi olaraq Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir.

2004, 2009, və 2014-cü illərdə keçirilən Bələdiyyə seçkilərində ardıcıl üç dəfə Bakıxanov bələdiyyəsinin üzvü seçilmiş, bələdiyyənin hüquq məsələləri daimi komissiyasının sədri olmuşdur.

Ailəlidir 3 övladı 2 nəvəsi var.

Tel: +99412 537-00-98

Mob (WhatsApp): +99450 212-24-34, +99455 212-24-34

E-mail: arzuxan.alizade@amip.az

Facebook: https://www.facebook.com/arzuxan.alizade

Twitter: https://twitter.com/APartiyas