
Bilman Qüdrət oğlu Nağıyev 15 fevral 1957-ci ildə Ermənistan SSR-in Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirmişdir. Azərbaycanda Azadlıq hərəkatı dövründən siyasi proseslərə qoşularaq minlərlə həmvətənimiz kimi mübarizənin önündə olmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ədəbi yaradıcılığında “Bilman Qüdrət” təxəllüsü ilə çıxış edir. Onun müəllifi olduğu bir sıra kitablar işıq üzü görmüşdür.Ağrıdağ ağrısı (1999), Sinəmin çarpaz dağı (2001), Qızlar eşqə düşəndə (2007), Ömürdən düşən illər (2007), Ömrün əlli birinci baharı (2009).
Azərbaycan Milli İstiqlal Partiyasının yarandığı ilk vaxtlardan partiya sıralarına qoşulmuş, mühüm seçkili orqanlarda təmsil olunmuşdur. 2025-ci ildə keçirilən AMİP XIII Qurultayında Siyasi Şura üzvü seçilmişdir.
Ailəlidir.