AMİP-30

Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının üzvü

Məmməd Əsəd oğlu Qələndərli

Məmməd Əsəd oğlu Qələndərli

01.01.1971-ci il tarixdə Ermənistan SSR Krasnoselo (Çəmbərək) rayonu Əmirxeyir kəndində anadan olub. 1977-ci il tarixdə Krasnoselo rayonu Əmirxeyir kəndində birinci sinfə daxil olmuş və 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1987-ci il tarixdə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1995-ci il tarixdə Azərbaycan Sənaye Universitetini bitirib.

​1988-ci ildə Azərbaycanda Azadlıq hərəkatı başlayarkən hərəkatda fəal iştirak edib. 1992-ci il tarixdə Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 1992-ci il tarixdən Sumqayıt şəhər təşkilatı tərəfindən bütün qurultayların nümayəndəsi seçilib. Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü, Sumqayıt şəhər təşkilatı MİK-nin sədri və  son qurultayda Siyasi Şuranın üzvü seçilib.

Ailəlidir.