Azərbaycandan qaçan ABŞ Konqresinin nümayəndəsi Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? – AÇIQLAMA
“ABŞ Konqresinin nümayəndəsi Frank Peloni uzun müddətdir, təkcə ermənipərəst mövqeyi ilə deyil, eyni zamanda anti-türk, islamofob, anti-Azərbaycan mövqeyi ilə də hər zaman diqqət mərkəzində, gündəmdə olub. Bu "cənab" keçən dövr ərzində Azərbaycana qarşı aparılan çirkin böhtan kampaniyalarının, demək olar, hər birində iştirak edib. 2017-ci ildə hətta ermənilərin dəvəti ilə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olması ilə də gündəmə gəlib. Hər zaman Azərbaycana qarşı həyata keçirilən siyasətin carçılarından biri olub. Erməni lobbisinin çirkli pulları ilə qidalanan bu dırnaqarası siyasətçi əslində öz ölkəsində də korupsioner kimi
Seçicilər deputatlardan görün nə istəyir – Millət vəkilləri elə şeylər açıqladı ki…
Hər gün mediada və sosial şəbəkələrdə Milli Məclisin deputatlarının seçicilərlə görüşdüyünə dair məlumatlar yayılır. Seçicilərlə səmimi fotolar paylaşılır, onların problemlərinin dinlənildiyi, həlli istiamətində müəyyən addımlar atıldığı deyilir. İctimaiyyəti maraqlandıran əsas məsələlərdən biri isə həmin seçicilərin deputatlara hansı tələb, problemlərlə müraciət etməsidir. Globalinfo.az-a danışan millət vəkili Tənzilə Rüstəmxanlı deyib ki, deputat seçildiyi Neftçala rayonu çox ağır bölgədir: “Hər gün rastlaşdığım suallardan biri yolların təmiri, asfaltlanması məsələsidir. Bəzi yerlərdə isə su problemi aktualdır. Lakin ən çox səsləndirilən, hər görüşdə irəli sürülən məsələ işsizlikdir. İşlə təmin olunmaq istəyirlər. Bir başqa tələb isə
Arzuxan Əlizadə: “Diqqətdən qaçırmaq olmaz ki, ikinci Qarabağ müharibəsi Trampın prezidentliyi dönəminə təsaduf elədi”
Vitse-prezident: James Vanse. Hazırda Ohayodan senatordur. 2016-cı ildə dostu ilə söhbətində Trampı Adolf Hitlerlə müqayisə etdiyi iddia edilir. 2016-cı ilin oktyabrında məşhur amerikalı jurnalist Çarli Rouza müsahibəsində o zamanlar sadəcə yazıçı və publisist olan Vens “Mən “heç vaxt Trampçı olmamışam”, onu [Trampı] heç vaxt bəyənməmişəm” dedi. Dövlət katibi: Marko Rubio. Hazırda Floridadan senatordur. O, 2016-cı il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq üçün Trampla rəqabət aparıb, 2024-cü ilin yayında Strateji Hücum Silahları Müqaviləsindən çıxmaq təşəbbüsünü dəstəkləyib. Milli Təhlükəsizlik müşaviri: Mike Waltz. İndi konqresmendir. Siyasi karyerasına qədər o, Pentaqonda müdafiə
Avropa siyasətçilərinin ayıbı: “Prezident onlara tutarlı cavab verdi”
Prezident İlham Əliyev keçən gün Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı avropalı diplomat Cozef Borrellin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırmasını ciddi şəkildə tənqid edib. Dövlət başçısı çıxışında “Onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək", - deyib. Mözvu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Milli
Azərbaycan-Ermənistan sülh müqaviləsi: Dekabrda başlayacaq müzakirələrdən nələr gözlənilir?
Dekabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrin yenidən başlanması gözlənilir. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a verdiyi açıqlamada iki ölkə arasında sülh müqaviləsinin mətni üzərində müzakirələrin dekabr ayından davam etdiriləcəyini bildirib. Hacıyev, sülh müqaviləsinin mətni ilə bağlı bəzi sualların hələ də açıq qaldığını və bu məsələlərin ekspert səviyyəsində müzakirə edildiyini qeyd edib. O, Ermənistanın Azərbaycan təkliflərinə vaxtında cavab vermədiyini və bunun nəticəsində prosesin gecikdiyini vurğulayıb. Bu gecikmələrin səbəbi olaraq, Ermənistana havadarlıq edən bəzi xarici
COP29: Bu, Azərbaycanın siyasi uğurdur – Deputat
"COP29-da iştirak edən tərəflərlə, müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, dərinləşməsi və çoxtərəfli münasibətlərin formalaşması reginonda Azərbaycanın nüfuzuna siyasi dividentlər gətirəcək". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun fikirincə, ikitərəfli münasibətlərin formalaşması istiqamətində Azərbaycanın gələcəkdə atdığı addımlara dəstək kimi də qəbul edilməlidir: "BMT-in iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransı özündə dünyanın 197 ölkəsini birləşdirir. Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrin hər biri eyni zamanda tərəflər konfransının üzvüdür. 1995-ci ildən etibarən hər il tərəflər konfransının növbəti sesiyası keçirilir.
Azərbaycanın siyasi və diplomatik uğuru: COP29-dan dünyaya verilən mesajlar…
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın 197 ölkəsini birləşdirir və BMT-yə üzv olan ölkələr hər biri bu Konfransın üzvüdür. 1995-ci ildən etibarən hər il Tərəflər Konfransının növbəti sessiyası keçirilir. Bu il 29-cu sessiyadır və COP29 adlanan bu tədbirin Azərbaycana həvalə edilməsi ilə bağlı ötən il 28-ci sessiyada yekdil qərar qəbul edildi və hazırda ölkəmizdə bu tədbir yüksək səviyyədə həyata keçirilir. Dünyanın müxtəlif ölkələrinin liderlərinin iştirakı ilə belə bir mötəbər tədbirin təşkili ölkəmizə nə verəcək? Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin
Azad söz tribunası, jurnalistika məktəbi: 35 İLLİK ŞƏRƏFLİ YOL – FOTO
Yeni Müsavat Media Qrupuna aid “Yeni Müsavat” qəzeti 35 illik yubileyini qeyd edir. Bu mətbu orqanın ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Əməkdar jurnalist Rauf Arifoğludur. “Yeni Müsavat” qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. 1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat