NIPA-30
Azərbaycan Milli İstiqlal Partiyası

Rusiyanın Ukrayna Respublikasına hərbi müdaxiləsi ilə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının bəyanatı

Dünən səhər saatlarından başlayaraq Rusiya silahlı qüvvələri bir neçə istiqamətdən Ukrayna Respublikasının dövlət sərhədlərini pozaraq müstəqil ölkəyə qarşı hərbi təcavüz edib. İki gün ərzində Ukraynanın bir neçə şəhəri işğal olunub, hava zərbələri, ağır artilleriya və ağır texnikadan istifadə etməklə hərbi və mülki obyektlər, yaşayış evləri dağıdılıb, nəticədə artıq yüzlərlə hərbi və mülki şəxs həlak olub və yaralanıb. Baş verən hadisələrin fonunda itkilərin artacağı da qaçılmazdır.

Azərbaycan Milli İstiqlal Partiyası Rusiyanın Ukrayna Respublikasına hərbi müdaxiləsini qətiyyətlə pisləyir və bunu beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipinin kobud surətdə pozulması kimi qiymətləndirərək Ukrayna xalqına dəstəyini ifadə edir.