Naxçıvana hücumun pərdəarxası — Bakıdan sərt MESAJ
Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib. Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal
Gender bərabərliyi: “qadınlar cəmiyyətin bütün sahələrində əvəzsiz rol oynayırlar”
8 Mart – Beynəlxalq Qadınlar Günü tarixən qadınların hüquq və azadlıqları uğrunda apardığı mübarizənin simvolu olmaqla yanaşı, bu gün artıq müasir cəmiyyətlərdə gender bərabərliyinin real vəziyyətinin qiymətləndirildiyi, dövlət siyasətinin, ictimai münasibətlərin və sosial düşüncə tərzinin obyektiv şəkildə təhlil edildiyi mühüm bir tarixə çevrilib. Bu gün qadına verilən dəyər yalnız təntənəli çıxışlar, simvolik jestlər və ya rəsmi tədbirlərlə deyil, onun gündəlik həyatda hansı imkanlara malik olması, hansı çətinliklərlə üzləşməsi və bu çətinliklərin necə aradan qaldırılması ilə ölçülür. Azərbaycan cəmiyyətində qadın anlayışı dərin tarixi və mədəni köklərə
Sərhədlər açılsın, açılmasın?!
Son dövrlərdə sərhədlərin açılması mövzusu ciddi müzakirələrin predmetinə çevrilib. Fərqli fikirlər səsləndirilsə də, bir çox hallarda sərhədlərin açılması zərurəti vurğulanırdı. Mövcud geosiyasi vəziyyət nəzərə alındıqda, sərhədlərin bağlı saxlanılmasının təhlükəsizlik baxımından nə dərəcədə əsaslı və düzgün qərar olduğu məsələsi yenidən aktuallaşıb. Sual olunur: mövcud regional və beynəlxalq vəziyyəti nəzərə alaraq, sərhədlərin bağlı saxlanılması qərarını təhlükəsizlik baxımından necə qiymətləndirmək olar və hazırkı şəraitdə bağlı qalması hansı təhlükələrin qarşısını alır? "Mövcud gərginlik fonunda yaxın dövrdə sərhədlərin açılması ehtimalı real görünmür" Milli Məclisin deputatı Arzuxan Əlizadə Hafta.az-a bildirib ki, sərhədlərin bağlı qalması ilə
Arzuxan Əlizadə: “Bu İranın ikiüzlülüyünün, riyakar mahiyyətinin növbəti bariz nümunəsidir ki, onlar bunu nümayiş etdirdilər”
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvan Beynəlxalq Hava Limanına xain terror hücumunu böyük nankorluq adlandırıb. Prezident İlham Əliyev bildirib: “Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi
Afsəddin Nəbiyev: “Avropanın bu dəstəyi Trampın qərarlarına iki fərqli şəkildə təsir edə bilər”
Böyük Britaniya ilk dövrlərdə ABŞ-ın İrana qarşı müharibəsinin əleyhinə idi. Ancaq London mövqeyini dəyişdi, hərbi bazalarını ABŞ-ın ixtiyarına verdi. Almaniya kansleri Fridrix Merz İrandakı hakim rejimin devrilməsi məsələsində ABŞ-la həmrəy olduğunu bildirib. Merz Trampla görüşündə Amerika ilə eyni cəbhədə olduğunu deyib: “Biz Tehrandakı bu dəhşətli rejimin devrilməsi barədə fikirlərimizdə yekdilik”. Fransanın silahlı qüvvələri İran PUA-ları əleyhinə əməliyyat həyata keçirib. Paris Yaxın Şərqdə “Rafale” döyüş təyyarələrini aktivləşdirib və hərbi gəmisini regiona göndərib. Avropanın aparıcı dövlətlərinin ABŞ-a belə dəstəyi Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir edəcəkmi? Ola bilərmi ki,
“Bu, əslində molla rejiminin sonu deməkdir” – Deputat
“İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə alçaqcasına hücum edilib, bu heç bir halda cavabsız qala bilməz. Bu əslində molla rejiminin sonu, süqutu deməkdir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, molla rejiminin sonu yaxınlaşdıqca bir qədər də aqoniya vəziyyətinə düşürlər. “Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq belə riyakar mövqe təbii ki, bizim də adekvat addımlar atmağımızı özündə ehtiva edir. Hesab edirəm ki, cənubda yaşayan soydaşlarımız da bu məsələlərə biganə qalmayacaqlar. Orda yaşayan soydaşlarımızın haqqı, hüququ bərpa edilməklə İranda yeni bir dönəmin başlayacağını proqnozlaşıdıram və bu
“Dəmir yumruq”: Bu dəfə İran üçün…
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. “Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət
Yeni geosiyasi reallıq fonunda Azərbaycanın rolu – ŞƏRH
Yaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının yeni mərhələyə keçməsi regionda təhlükəsizlik arxitekturasını və siyasi balansı yenidən gündəmə gətirib. Proseslərin hərbi eskalasiya mərhələsinə daxil olması Cənubi Qafqaza da dolayı təsir ehtimallarını artırır. Belə bir şəraitdə Azərbaycanın balanslarşdırılmış xarici siyasət kursu və regional sabitliyə yanaşması diqqət mərkəzinə gəlir. Millət vəkili Arzuxan Əlizadə Metbuat.az-a açıqlamasında bildirib ki, Şərqdə vəziyyət gərgin olaraq qalır və təəssüf ki, artıq regionumuzda da ciddi proseslər baş verir. İran-İsrail və İran-ABŞ arasındakı gərginlik hərbi fazaya keçib. Hərbi eskalasiya region üçün ciddi təhdidlər yarada
Bakının reaksiyası: Suverenliyimizə qarşı addımlar cavabsız qalmayacaq
"Naxçıvan Muxtar Respublikasının ərazisinə İran İslam Respublikası istiqamətindən həyata keçirildiyi bildirilən dron hücumları regionda ciddi narahatlıq doğurmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın hava məkanına müdaxilə edilməsi yalnız lokal təhlükəsizlik məsələsi deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdid yaradan təhlükəli presedentdir". Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzərində qurulub. "Bu prinsiplərin pozulması beynəlxalq hüququn əsaslarını sarsıdır