Rəşad Bayramov: “Avropa təsisatlarının Azərbaycana qarşı qərəzi və ortada olan fikir ayrılıqları danılmaz faktdır”
Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. “Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik”,- deyən dövlət başçısı vurğulayıb ki, bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. “Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq”, - deyə Prezident vurğulayıb. Prezidentin açıqlamasından belə
Arzuxan Əlizadə İsveçdə parlament seçkilərini müşahidə edib
AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev sentyabrın 10-15-də İsveçdə səfərdə olublar. Bu barədə AMİP-in mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, səfər İsveçdə hakimiyyətdə olan sağ-mərkəz yönümlü Moderat Partiyasının dəvəti ilə baş tutub. Səfərin əsas məqsədi sentyabrın 13-də keçirilən parlament seçkilərini müşahidə etmək, seçki kampaniyasının son günlərində prosesin gedişatını izləmək olub. Səfər çərçivəsində Moderat Partiyasının rəhbərliyi, İsveç Riksdaqının və Avropa Parlamentinin partiyadan olan üzvləri ilə görüşlər keçirilib. Sentyabrın 13-də keçirilən seçki gecəsində AMİP rəhbərliyi İsveçin Baş naziri Ulf
Deputat: “Hər bir insanın törətdiyi əmələ görə fərdi məsuliyyət daşıması fundamental hüquqi prinsipdir”
“Azərbaycandan kənarda yaşayan bəzi şəxslərin ölkədə qalan qohumlarına guya siyasi fəaliyyətləri ilə əlaqədar təzyiqlər göstərilməsi barədə səsləndirdikləri iddialar konkret faktlarla əsaslandırılmalıdır. Hazırda bu istiqamətdə ortaya qoyulmuş konkret bir fakt görmürük”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Azərbaycan hüquqi dövlətdir və dövlət qurumları kiminsə subyektiv mülahizələri və ya siyasi mövqeyinə əsaslanaraq qərar qəbul etmir: “Əgər hər hansı şəxs özünün və ya yaxınlarının hüquqlarının pozulduğunu düşünürsə, bununla bağlı aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Digər tərəfdən, hər
Arzuxan Əlizadə: “Qazın kəsilməsinin arxasında tamamilə siyasi səbəblər dayanır”
Rusiya Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandıracaq. Bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb. Bildirilib ki, Rusiya ərazisində “Şimali Qafqaz–Zaqafqaz” magistral qaz kəmərində planlı profilaktik və təmir işlərinin kompleks şəkildə aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək bu kəmər vasitəsilə Ermənistana təbii qaz tədarükü müvəqqəti dayandırılacaq. Şirkət onu da qeyd edib ki, sözügedən müddətdə Ermənistanda istehlakçıların qaz təchizatı məhdudlaşdırılmayacaq: “Bu dövrdə respublikada istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İran İslam Respublikasından əlavə təbii qaz tədarükü hesabına həyata keçiriləcək”. Qeyd edək ki, Ermənistanın qaza olan tələbatının 78 faizi Rusiyadan,
Azərbaycan-Ermənistan sərhədi üzrə NƏ BAŞ VERİR? – İlin sonuna qədər…
"Əsas məqsəd prosesi sürətləndirməklə yanaşı, əldə edilən nəticələrin davamlı və qarşılıqlı qəbul edilə bilən hüquqi əsaslara söykənməsini təmin etməkdir". Bu sözləri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin mövcud vəziyyətini Bakıvaxtı.az-a şərh edən deputat Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq şimaldan cənuba doğru aparılması barədə əldə olunan razılaşma, ilk növbədə, prosesin konkret istiqamət və ardıcıllıq üzrə davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır Deputat qeyd edib ki, bu, komissiyaların fəaliyyətinin daha sistemli şəkildə
Dünyaya nümayiş etdirilən Azərbaycan REALLIĞI
Sentyabrın 11-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud
Afsəddin Nəbiyev: “Ermənistan Rusiyadan enerji asılılığını azaltmaq istəyirsə, bunun alternativi hansı istiqamət olacaq?”
Ermənistan hökuməti iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin 100 faizinin dövlətə təhvil verilməsini və özgəninkiləşdirilmə prosesinin 2027-ci il oktyabrın 1-dək başa çatdırılmasını təklif edir. Müraciətə baxılması sentyabrın 24-dək davam edəcək. Layıhəyə əsasən, səhmlərin alıcısı kimi Ermənistan dövləti çıxış edəcək, özgəninkiləşdirmə prosesini isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi əlaqələndirəcək. Prosesə 2027-ci il iyulun 1-dək başlamaq planlaşdırılır. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu addımın yalnız bir sahibkarlıq subyektinin taleyi ilə məhdudlaşdığını düşünmək düzgün olmazdı: “Ermənistanın enerji təhlükəsizliyinin əsas seqmentlərindən
Deputat: “Bakı İqlim Fəaliyyəti Həftəsi” real ekoloji layihələrə yol açmalıdır
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”nın keçirilməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə və ekoloji dayanıqlılıq istiqamətində apardığı siyasətin davamlılığını göstərən mühüm təşəbbüsdür. Belə tədbirlərin əsas əhəmiyyəti yalnız müzakirələrin aparılması ilə məhdudlaşmamalı, burada səsləndirilən təkliflərin konkret layihələrə və praktiki addımlara çevrilməsi ilə ölçülməlidir. COP29-dan sonra Azərbaycanın iqlim gündəliyində fəal mövqeyini qoruması baxımından Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün də əhəmiyyətli platformadır”. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib. O deyib ki, şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin qorunması və artırılması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi kimi
Afsəddin Nəbiyev: “ABŞ sülh üçün diplomatik yol axtarır, Avropa isə Ukraynanın müdafiə qabiliyyətini qoruyur”
Rusiya-Ukrayna münaqişəsinin həlli üçün diplomatik təmasların intensivləşdiyi vaxtda Brüssel Kiyevə hərbi dəstəyi gücləndirir. Ukrayna müttəfiqlərinin dəstəyi və Avropa İttifaqının krediti hesabına ABŞ istehsalı “Patriot” sistemləri üçün təxminən 1000 raketin tədarükünü müqavilələşdirir. Lakin müdafiə naziri Yevgeni Xmara bildirib ki, raketlərin böyük hissəsinin çatdırılması daha sonrakı illərə düşür və Ukraynanın hazırda əsas ehtiyacı məhz mövcud ehtiyatlardan təcili surətdə əlavə raketlərin əldə edilməsidir. Bu arada, Almaniya Ukraynaya əlavə “Patriot” raketləri göndərməyə hazırlaşır. Berlin xüsusilə qış aylarında Rusiyanın Ukraynanın enerji və digər kritik infrastrukturuna hava hücumlarını artıracağından ehtiyat edir.