AMİP-30
a

Author: admin_amip

Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb. Bunu Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinin sifarişinə öz təşəbbüsü ilə başlayacaq: “TRIPP-in inkişafı üzrə şirkət yaradılana qədər Ermənistan hökuməti öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərini sifariş edəcək. Biz vaxt itirmək istəmirik.

Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm tarixi və siyasi hadisədir. Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib. Deputat qeyd edib ki, sənəd yalnız mövcud dostluq münasibətlərinin hüquqi baxımdan möhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın daha geniş və uzunmüddətli perspektivlər əsasında qurulması deməkdir. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanı ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Arzuxan Əlizadə hesab edir ki, müqavilə iki ölkə arasında

8 Noyabr – Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təntənəsi olan Zəfər Günüdür. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Böyük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir!2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyulması, tarixi ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin edilməsi xalqımızın əsrlər boyu yaşatdığı milli arzuların gerçəkləşməsi idi. Bu möhtəşəm Zəfərin əldə olunmasında Azərbaycan

Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı partiya sədri Dövlət Bağçalının Azərbaycana dəvət olunduğunu bildirib. O qeyd edib ki, Bağçalının hazırkı iş qrafiki sıxdır: “Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək”. Bu baxımdan, səfərin hansı siyasi və strateji nəticələrə yol aça biləcəyi də maraq doğurur. Bəs bu səfər fonunda iki ölkə arasında hansı məsələlərin müzakirəsi gözlənilir? Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının

“Sputnik Ermənistan” iddia edir ki, peyk görüntülərinə görə, guya Azərbaycan Silahlı Qüvvələri 2024–2026-cı illər ərzində Sünik (Zəngəzur) regionundakı Sev göl (Qaragöl) və Cermuk (İstisu) istiqamətlərindəki mövqelərdə genişmiqyaslı mühəndislik və möhkəmləndirmə işləri aparıb. Guya "Sentinel-2" peyk tərəfindən çəkilmiş müvafiq dövrlərə aid (iyul 2024 və sentyabr 2026) görüntülərin müqayisəsi nəticəsində ərazidəki dəyişikliklər qeydə alınıb. Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanır, yoxsa sərhədin müəyyənləşdirilməsi prosesini Azərbaycanın ərazi genişləndirməsi kimi təqdim etməyə çalışır? Ekspertlərə görə, Ermənistanın səsləndirdiyi iddialar konkret faktlara əsaslanmır və hansısa sərhəd hərəkətlərini Azərbaycanın yeni ərazilər ələ keçirməsi kimi

Son bir həftə ərzində Azərbaycanda jurnalistlərin iki ayrı hadisədə fiziki zorakılığa məruz qalması media ictimaiyyətində narahatlıq yaradıb. Baş verənlər jurnalistlərin təhlükəsizliyi, peşə fəaliyyətinə müdaxilə və cəmiyyətdə media nümayəndələrinə münasibət məsələlərini yenidən gündəmə gətirib. Bəs son dövrlər jurnalistlərə qarşı zorakılıq hallarının artması nə ilə bağlıdır?  Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, jurnalistlərə qarşı fiziki zorakılıq hallarının baş verməsi, ilk növbədə, cəmiyyətdə narahatlıq doğuran və ciddi şəkildə pislənilməli olan hadisələrdir: “Jurnalist öz peşə fəaliyyətini həyata keçirərkən hər hansı təzyiqə, təhdidə və fiziki müdaxiləyə məruz qalmamalıdır. Media

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclasda Ombudsman vəzifəsinə təqdim edilmiş üç namizədin namizədliyi müzakirə olunub. İclası açan komitə sədri Zahid Oruc Azərbaycan Respublikasının Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizədin təqdim edildiyini bildirib. Namizədlər hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevadır. İclasda çıxış edən Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə və komitənin digər üzvləri müzakirə olunan məsələ ilə

Ukrayna prezidenti Volodimir Zelenskinin hazırkı cəbhə xətti boyunca atəşkəs elan edilməsi təklifi Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Təklifin qəbul edilməsi hərbi əməliyyatların intensivliyini azalda, tərəflər arasında danışıqlar üçün şərait yarada və münaqişənin siyasi-diplomatik yolla həlli imkanlarını genişləndirə bilər. Bununla belə, cəbhə xəttində atəşin dayandırılması müharibənin başa çatması və ya ərazi məsələlərinin həlli demək deyil. Əsas sual Rusiyanın belə bir razılaşmaya nə dərəcədə hazır olması, atəşkəsin hansı şərtlərlə həyata keçiriləcəyi və tərəflərin razılaşmaya əməl etməsinə necə təminat veriləcəyidir. Zelenskinin təklifi qəbul olunarsa,

Azərbaycanda bəzi magistral yolların kənarında yerləşən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarılaraq yerli icra hakimiyyətlərinin balansına verilib. Lakin bu dəyişiklikdən sonra həmin ərazilərdə yaşıllıqlara qulluq və ağacların mühafizəsi ilə bağlı problemlərin olduğu bildirilir. Bir sıra yolkənarı ərazilərdə ağacların quruması, vaxtında suvarılmaması və lazımi aqrotexniki qulluq göstərilməməsi yaşıllıqların vəziyyəti ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, ağacların idarə edilməsinin yerli icra hakimiyyətlərinə verilməsinin nəticələri, qurumların məsuliyyəti və mövcud problemlərin həlli məsələsi aktuallaşır. Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, magistral yolların kənarında yerləşən

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, Azərbaycanın iki mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşması bizə göstərilən hörməti nümayiş etdirir: “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız