NIPA-30
a

Author: admin_amip

"Ölkə vətəndaşlarının Ombudsman aparatına müraciətləri get-gedə artır. Bu da təsisata olan etimadın göstəricisidir". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında komitənin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, ölkə daxilində Ombudsman aparatına müraciət edən vətəndaşların məmnunluğu məsələsində, eyni zamanda bu institutun beynəlxalq əlaqələrinin genişlənməsi də rol oynayır: "Digər məsələlərlə bağlı da deyə bilərəm ki, təsisatın son illərdə insanların etimadı baxımından çəkisi də xeyli artıb. Bu baxımdan, mən digər namizədlərə də uğurlar arzu edirəm, lakin Səbinə Əliyevanın namizədliyini dəstəkləyəcəyəm".

Serbiyada Aleksandr Vuçiçin hakimiyyətinin sona çatması ilə bağlı yayılan məlumatlar ölkənin siyasi gələcəyi və Rusiyanın Avropadakı tərəfdaşları ilə münasibətləri ətrafında müzakirələri gücləndirir. Tələbə etirazlarının siyasi proseslərə təsiri və Moskva ilə yaxın əlaqələri olan liderlərin üzləşdiyi çətinliklər Avropada geosiyasi münasibətlərin dəyişməsi baxımından diqqət çəkir. Serbiyada tələbə etirazlarının siyasi nəticələri ölkənin xarici siyasət kursuna və Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər? Viktor Orban və Aleksandr Vuçiçlə bağlı iddialar fonunda Rusiyanın Avropadakı siyasi təsir imkanlarının zəiflədiyini demək olarmı, yoxsa bu prosesləri ayrı-ayrı ölkələrin daxili siyasi dinamikası ilə izah

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da aparacağıq: “İndi isə ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib ki, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın: “Müstəqilliyin bu 35 ili ərzində ölkədə fərqli dövrlər olub, lakin biz hər zaman inanmışıq ki, öz məqsədlərimizə nail olacağıq. Həmin illərin əksər hissəsində əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi olub. Çoxlarınız bildiyi kimi, uzun illər ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Əslində, danışıqlar forması elə qurulmuşdu ki, münaqişə həll olunmasın, əksinə dondurulsun. Görünür, əsas güclər bunun üzərində

Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yeri olan, milli qürurumuzun, sarsılmaz iradəmizin və dövlətçilik əzmimizin təcəssümünə çevrilən 25 oktyabr – Qubadlı Şəhəri Gününü böyük fəxarət hissi ilə qeyd edirik. Bu əlamətdar tarix təkcə Qubadlı şəhərinin işğaldan azad olunmasılə bərabər, həm də xalqımızın illərlə qəlbində yaşatdığı doğma yurda qovuşmaq arzusunun gerçəkləşməsini, tarixi ədalətin bərpasını və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsini ifadə edir. Qubadlı Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus təbiətə malik yurd yerlərindən biridir. Bu torpaq əsrlər boyu xalqımızın həyatında mühüm yer

Baş azır Nikol Paşinyan Ermənistanın Türkiyə ilə sərhədin açılması üçün həm Ankara, həm də Bakı ilə işləməyə davam etdiyini bildirib: “Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeyd-şərtləri var, hazırda proseslər bu mərhələdədir. Lakin müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik. Bizim Azərbaycanla və Türkiyə ilə ayrı-ayrılıqda münasibətlərimiz var və biz bu istiqamətdə işləyəcəyik”. Paşinyanın sözlərindən belə qənaətə gəlmək olur ki, Azərbaycansız Türkiyə ilə sərhədlərin açılmasına nail ola biləcəyinə inanır. Xüsusilə də hesab etmək olarmı ki, son həftələrdə AKP iqtidarı

İranın ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu bəyan etməsi iki ölkə arasında münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, uzun illərdir davam edən qarşılıqlı etimadsızlıq, sanksiyalar və nüvə proqramı ətrafında fikir ayrılıqları mümkün razılaşmanın əldə olunmasını çətinləşdirir. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, İranın danışıqlara hazır olması müsbət mesaj kimi qiymətləndirilsə də, bu, tərəflər arasında real razılaşmanın əldə olunacağı anlamına gəlmir: “Nəticə əldə etmək üçün tərəflər qarşılıqlı öhdəliklər götürməli və

İşğal dövründə Azərbaycanın suveren ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərmiş xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi və ölkəmizə vurulmuş ziyanın ödənilməsi məsələsi aktuallığını qoruyur. Təbii sərvətlərin qanunsuz istismarı, əldə edilmiş gəlirlərin müəyyənləşdirilməsi və təzminatın tələb olunması hüquqi baxımdan mürəkkəb prosesdir. Bu istiqamətdə indiyədək hansı addımlar atılıb? Hafta.az-ın müsahibləri Milli Məclisin deputatı Arzuxan Əlizadə və hüquqşünas Əlövsət Allahverdiyevdir. - İşğaldan azad edilmiş ərazilərdə qanunsuz iqtisadi fəaliyyət göstərmiş xarici şirkətlərlə bağlı Azərbaycanın iddiaları hansı mərhələdədir? A.Əlizadə: - İşğal dövründə Azərbaycanın suveren ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərmiş xarici şirkətlərin məsuliyyətə cəlb edilməsi dövlətimizin hüquqi

“Üçüncü Dünya Müharibəsi başlamazsa, bu, möcüzə olardı. Səhv etsəm, dünyanın ən xoşbəxt insanı olardım. Amma qorxuram ki, səhv etmirəm”. Bu fikirləri Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç deyib. "Avropanın özünü necə silahlandırdığını görmürsünüzsə, deməli, onu görməzdən gəlirsiniz. Bəs niyə özünü silahlandırır? Hansı məqsədlə? Bu, Çexovun pyeslərini xatırladır: birinci pərdədə divarda silah asılıbsa, üçüncü pərdədə atəş açılacaq. Almanlar bu sektorda qeyri-adi irəliləyiş əldə ediblər. Onlar mənfəətlərini 17 dəfə artırıblar. 17 faiz yox, 17 dəfə", - deyə o bildirib. Vuçiçin narahatlığına əsas varmı? Milli Məclisin deputatı Arzuxan Əlizadə “Bakupost”a bildirib ki,