NIPA-30
a

Author: admin_amip

“Təəssüf ki, Azərbaycanda siyasi sabitliyin pozulmasına hesablanmış informasiya manipulyasiyaları ilə məşğul olan şəxslər var”.  Bu sözləri Azərbaycan İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bunu təxribat adlandırmaq lazımdır:  “Qərb bəzi media nümayəndələrini maliyyəşdirərək öz təsir dairəsinə salaraq onlardan istifadə edir. Onların məqsədi Azərbaycanda müəyyən gərginlik yaratmaq və prosesləri hansısa formada öz nəzarətlərinə götürərək idarə etməkdən ibarətdir. İndiyə kimi buna dəfələrlə cəhd ediblər və hər dəfə qarşısı alınıb.  Ümumiyyətlə, xaricdən maliyyələşən güclərin ölkə daxilində fəaliyyətinə imkan vermək olmaz. Çünki kənar maliyyələşən media resursları

Misirin paytaxtı Qahirədə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının XI Zirvə Sammitində Azərbaycan yekdilliklə təşkilatın yeni üzvü seçilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu qərar D-8 təşkilatının tarixi ərzində ilk genişlənmə olaraq qeyd olunur. Nazirliyin bəyanatına görə, Azərbaycanın bu təşkilata üzv olması Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq arenada ölkəmizə olan etimadın və nüfuzun göstəricisi kimi qiymətləndirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanın bu uğurunu yüksək qiymətləndirərək bildirib: “Məlum olduğu kimi, D-8 təşkilatı 1997-ci ildə Türkiyə, Pakistan, İran,

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb:  “Siz düzgün qeyd etdiniz ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, bizi dəstəkləyən ölkələrin sayı Fransaya Qarabağla bağlı məsələni hətta BMT Təhlükəsizlik Şurasının iclasının gündəliyinə salmağa imkan vermədi:  “2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara

Digər partiyaların namizədlərinin sayı bəllidirmi? Bəlli olduğu kimi, gələn il yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir.  Mərkəzi Seçki Komissiyasının siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.  YAP seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə ümumilikdə 8071 namizədin siyahısının təsdiqləyib.  Bu arada, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Mərkəzi Seçki Komissiyasını ittiham edib. “Seçkilərin təbliğatı ilə rəsmi şəkildə Mərkəzi Seçki Komissiyası məşğul olmalıdır.

Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib. Ölkədə ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət seçki kollegiyasının üzvləri tərəfindən seçilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadla xəbərə verir ki, hakim “Gürcü Arzusu” partiyasının namizədi 300 seçicidən 224 səs toplayıb. M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Maraqlıdır ki, yeni prezident dövründə Gürcüstan-Azərbaycan əlaqələri necə olacaq? Mövzu ilə bağlı AMİP sədri, millət vəkili deputat Arzuxan Əlizadə fikirlərini Bakıvaxtı.az-la bölüşüb. Onun sözlərinə görə, Gürcüstanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycanla münasibətlər kifayət qədər isti olub: "Gürcüstan dövləti ölkə iqtisadiyyatının inkişaf etməsində Azərbaycanın