“Ona səs verməmişdim…” – Deputatlar yaşadıqları ərazinin deputatı haqqında danışdılar
Milli Məclisin deputatları parlamentdə müxtəlif seçki dairələrini təmsil etsələr də, onların əksəriyyəti qeydiyyatda olduqları və ya yaşadıqları ərazilərdə başqa deputatların seçicisidirlər.Modern.az həmin deputatların öz seçicisi olduqları həmkarlarının fəaliyyəti barədə fikirlərini öyrənib. "Deputat olmamışdan əvvəl də ona səs vermişdim" 27 saylı Sabunçu ikinci seçki dairəsini Milli Məclisdə təmsil edən Arzuxan Əlizadə isə bildirib ki, qeydiyyatda olduğu ərazi 26 saylı Sabunçu birinci seçki dairəsinə daxildir. O, açıqlamasında həm əvvəlki parlament seçkilərində, həm də son seçkilərdə 26 saylı dairədən deputat seçilən Fazil Mustafaya səs verdiyini deyib.A. Əlizadə Fazil Mustafanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib:"Fazil Mustafa
Afsəddin Nəbiyev: “Proses Rusiyanın uzunmüddətli perspektivdə “strateji iflic” vəziyyətinə salınmasına yönəlib”
Bir sıra bədbin proqnozlara rəğmən, NATO-nun Ankara zirvəsi bir sıra məqamlarla yadda qaldı. ABŞ prezidenti Donald Tramp iclasda konstruktiv mövqe tutub. Qəbul olunan yekun sənəd ittifaqın ABŞ və Avropa qanadları arasında konsensusu ortaya qoyur. Sənəddə Rusiyanın uzunmüddətli təhdid kimi qiymətləndirilməsi və kollektiv müdafiəyə dair 5-ci maddəyə bağlılıq ifadə olunub. Bu il Ukraynaya 70 milyard avro, 2027-ci ildə isə azı bu qədər hərbi yardımın verilməsi də razılaşdırılıb. Ukrayna məsələsində Tramp administrasiyası ilə Avropa İttifaqı tərəfindən ilk dəfə son G7 zirvəsində ifadə olunan ortaq mövqe və siyasət
Rəşad Bayramov: “Təhlükəsizlik sektoru anlayışı yalnız silah və hərbi texnika yardımı demək deyil”
Ukrayna Prezidenti Vladimir Zelenski təhlükəsizlik sektorundakı dəstəyinə və əməkdaşlığına görə Azərbaycana təşəkkür edib. Zelenski bu barədə Ankarada keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, NATO ölkələri, Avropa İttifaqı və Fars körfəzi ölkələri müdafiə sektorunda Ukrayna üçün güclü tərəfdaşlardır. Çox maraqlıdır, adətən Azərbaycan Ukraynaya müharibə başlayandan bir neçə dəfə humanitar yardım edib. Rusiya Ukraynanın elektrik stansiyalarını vurduğu üçün xüsusən bu ölkəyə çoxsaylı generatorlar göndərilib. İndiyə qədər Azərbaycan 50 milyon dollardan çox yardım edib. Maraqlıdır, bəs o zaman Zelenski “təhlükəsizlik sektorundakı dəstək”
Məmurlar və deputatlar niyə Azərbaycanda yığılan “Niva” və “Chevrolet” sürmürlər? – AÇIQLAMA
Milli Məclisin üzvü Arzuxan Əlizadə məmurların, deputatların Azərbaycanda yığılan avtomobillərdən istifadə etməmələrinin, xarici istehsala üstünlük vermələrinin tənqid edilməsinə münasibət bildirib. Bu barədə Pravda.az-ın suallarını cavablandıran deputat deyib ki, yerli avtomobil istehsalının inkişafı vacibdir. O qeyd edib ki, avtomobil istehsalında Azərbaycan brendinin olması arzuolunandır: “Təəssüf ki, bu, yoxdur. Bildiyim qədəri ilə, Naxçıvanda “NAZ-Lifan” və Neftçalada “Xəzər” avtomobilləri yığılırdı. Bunlar əslində İran və digər ölkələrdən gətirilən konstruksiyaların yığılması ilə ərsəyə gələn maşınlar idi. İndi isə istehsal nə dərəcədə qalıb, yaxud dayanıb, bilmirəm. İstənilən halda görünən budur ki, bu avtomobillər
Arzuxan Əlizadə: “Rusiya hadisələri araşdırmalı və izahat verməlidir”
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla bağlı etiraz notası təqdim edib. Rəsmi Bakı bəyan edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığı təəssüratını yaradır və bu hallar beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi Rusiyanı hadisələri hərtərəfli araşdırmağa, baş verənlərlə bağlı rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl
Deputat: NATO-nun Ankara Sammiti region üçün yeni geosiyasi mesajlar verir
Türkiyənin paytaxtı Ankarada NATO-nun dövlət və hökumət başçılarının 36-cı Liderlər Sammitinə hazırlıq işləri başa çatıb. İyulun 7-8-də keçiriləcək sammit ərəfəsində, iyulun 6-da NATO-nun Baş katibi Mark Ruttenin mətbuat konfransının baş tutacağı gözlənilir. NATO rəsmilərinin qiymətləndirməsinə görə, mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində keçirilən sammit Alyansın gələcək strateji kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə xərclərinin artırılması və üzv ölkələr arasında yükün daha ədalətli bölüşdürülməsi əsas müzakirə mövzularından biri olacaq. Bununla yanaşı, Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən gərginlik, kibertəhlükəsizlik, texnoloji rəqabət və qlobal təchizat zəncirində yaranan problemlər
“Sosial şəbəkələrdən gələn risklərdən uşaqları qorumalıyıq” -Partiya sədrlərindən ÇAĞIRIŞ
Uşaqlar bizim gələcəyimizdir. Buna görə də onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqol və tütün məmulatlarından istifadəyə məhdudiyyətlər qoyulur, həmçinin müəyyən yaşa qədər uşaqların pornoqrafik məzmunlara çıxışı qadağan edilir. Biz hesab edirik ki, uşaqlar bütün diqqətlərini təhsil və fiziki sağlamlıqlarının inkişafına yönəltməlidirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, virtual məkan artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən, real həyatda uşaqlara tətbiq olunan qadağa və məhdudiyyətlər kimi, onların virtual mühitdə də qorunması vacibdir. Çünki uşaqlar asanlıqla təsir altına düşə bilir və bu təsirlər onları təkcə normal həyat