Rəşad Bayramov: “Azərbaycanla münasibətlərin normallaşdırılması artıq İrəvan üçün təkcə xarici siyasət məsələsi deyil”
Yaxın vaxtlarda Ermənistan diqqətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına cəmləməlidir. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib. “Mən belə fikirləşirəm: yaxın vaxtlarda biz diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası işinə cəmləməliyik. Və bu baş verəndə biz təsdiq edə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bəyan edib. Paşinyan açıq etiraf edir ki, Ermənistanın mövcudluğu, dayanıqlı inkişafı Azərbaycanla normal münasibətlərdən keçir. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Paşinyanın Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması
“Əsas məsələ regiondakı reallıqlardır…” – Mirzəyanın bəyanatına daha bir REAKSİYA
“Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın Türkiyə-Ermənistan sərhədinin yaxın zamanda açıla biləcəyi ilə bağlı açıqlaması regionda gedən proseslər baxımından diqqət çəkir. Hesab edirəm ki, bu məsələyə yalnız iki ölkə arasındakı münasibətlər kontekstində deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar çərçivəsində yanaşmaq lazımdır”. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O, qeyd edib ki, uzun illər ərzində bağlı qalan sərhədlərin açılması, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası region ölkələri arasında iqtisadi münasibətlərin inkişafına, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı təmasların genişlənməsinə şərait yarada bilər: “Bununla belə,
Deputat: Təhsildə dünyəvilik prinsipi erkən nikah kimi problemlərin həllində də mühüm rol oynayır
“Təhsildə dünyəvilik prinsipi, qızların təhsil hüquqlarının qorunması və onların gələcək həyatlarını müstəqil şəkildə müəyyənləşdirmək imkanlarının təmin edilməsi erkən nikah kimi sosial problemlərlə mübarizədə mühüm əhəmiyyət daşıyır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib. Deputat deyib ki, erkən nikah bu gün dünyanın bir sıra ölkələrində, xüsusilə İran, Əfqanıstan və bəzi ərəb ölkələrində ciddi narahatlıq doğuran sosial problemlərdən biridir: “Təəssüf ki, bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha məcbur edilməsi və ya onların erkən yaşda ailə qurmağa sövq olunması halları ilə qarşılaşırıq. Bu isə
Azərbaycan – Laos əlaqələri İNKİŞAF EDİR
“Azərbaycan ilə Laos arasında münasibətlərin inkişafı ölkəmizin Asiya-Sakit okean regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan xarici siyasətində müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və yeni tərəfdaşlıqların formalaşdırılmasına xüsusi önəm verir:“Bu baxımdan Laos Xalq Demokratik Respublikası ilə əlaqələrin inkişafı Azərbaycanın Asiya istiqamətində diplomatik və iqtisadi münasibətlərinin şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin Laos Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər
9 yaşlı gəlin, yarımçıq qalan uşaqlıq: İran və Əfqanıstanın QORXUNC ÜZÜ
Günümüzün aktual mövzularından biri erkən nikah və bunun yaratdığı fəsadlarla bağlıdır. Lakin bir sıra ölkələrdə azyaşlı qız uşaqlarının ərə verilməsi cəmiyyət tərəfindən adi hal kimi qəbul olunur. Bu ölkələrə İran, Əfqanıstan, ərəb ölkələrini misal çəkmək olar. Əfqanıstanda Talibanın 2021-ci ildə hakimiyyətə qayıdışından sonra qızların təhsili qadağan edilib və uşaq nikahları kəskin artıb. Yeni fərmanlar bu nikahları dolayısı ilə qanuniləşdirir. Rəsmi statistikaya görə, İranda hər il minlərlə qız 15 yaşından tez ailə həyatı qurur. Qanunvericiliyə görə, qızlar 13 yaşında evlənə bilər. Atanın və məhkəmənin icazəsi ilə bu
Arzuxan Əlizadə: “Azərbaycan–Laos münasibətlərində iqtisadi əməkdaşlığın genişləndirilməsi vacibdir”
Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə görüşü və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Bu barədə Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətində müxtəlif regionlarla əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri də bu baxımdan diqqət çəkir. Belə təmaslar siyasi dialoqun genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Arzuxan Əlizadə qeyd edib ki, oktyabrın 13-də iki ölkə arasında Birgə Bəyanatın qəbul edilməsi, kənd təsərrüfatı sahəsində
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
Fövqəladə hallarda operativ müdaxilə insanların həyatının xilas edilməsində mühüm rol oynayır. Təcili xidmətlərin vahid çağrı nömrəsi ətrafında birləşdirilməsi vətəndaşların yardım almasını asanlaşdıra və qurumlar arasında əlaqələndirməni gücləndirə bilər. Bu yanaşma fövqəladə vəziyyətlərdə vaxt itkisinin qarşısını almaqla yanaşı, insanların təhlükəsizliyinin təmin olunmasına da müsbət təsir göstərə bilər. Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, müasir dövrdə vətəndaşların təhlükəsizliyinin təmin olunması, fövqəladə hallarda operativ müdaxilənin təşkili və insanların həyatının xilas edilməsi baxımından təcili xidmətlər arasında koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır: "Hesab edirəm ki, Azərbaycanda da
Deputat: Türk dünyasının birliyi konkret siyasi və iqtisadi nəticələrə çevrilməlidir
Türk dünyasının birliyinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşündə iştirakçılara müraciətində Azərbaycanın Türk dövlətlərinin daha sıx birləşməsi naminə bütün səylərini səfərbər etdiyini vurğulayaraq, bu əməkdaşlığın strateji əhəmiyyətinə diqqət çəkib. Ortaq tarixi köklər, dil və mədəni dəyərlər üzərində qurulan münasibətlərin siyasi və iqtisadi müstəvidə dərinləşdirilməsi Türk dövlətlərinin beynəlxalq mövqelərinə, regional təhlükəsizliyə və nəqliyyat-logistika əlaqələrinin inkişafına təsir edən amillərdəndir. Bu baxımdan, Türk dünyasında həmrəyliyin gücləndirilməsi yalnız tarixi-mədəni bağlılığın qorunması deyil,
Partiya sədri məktəbli geyimləri ilə bağlı BƏYANAT VERDİ
“Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil. Eyni zamanda uşaqların sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını mənimsədiyi, məsuliyyət və aidlik hissinin formalaşdığı mühüm sosial institutdur. Bu baxımdan həm şagirdlərin məktəbli forması, həm də müəllimlərin vahid işgüzar geyim üslubu məsələsinə yalnız zahiri görünüş prizmasından yanaşmaq düzgün olmaz”. Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, dövlət təhsil sisteminin dünyəvi xarakteri məktəbin bütün şagirdlər üçün neytral, təhlükəsiz və inklüziv mühit olmasını nəzərdə tutur.