NIPA-30
a

Author: admin_amip

"İsrail istər birinci Qarabağ savaşı, istərsə də sonrakı dövrdə daim Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bütün Beynəlxalq Platformalarda Azərbaycanın haqq səsinə səs verən bir dövlətdir". Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib. Politoloq vurğuladı ki, hələ 90-cı illərin əvvəllərində, yəni birinci Qarabağ savaşı dönəmində Qərb ölkələri Azərbaycana silah-sursat satmaqdan imtina etdiyi bir zamanda İsrail yenə də haqq-ədalətin yanında oldu, ölkəmizin haqq səsinə dəstək olaraq öz hərbi arsenalını Azərbaycanın üzünə açdı: "Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti seçkilərinin ikinci turunda qalib gələn dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Paşinyan “Twitter” səhifəsində bunları  qeyd edib: “Prezident Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə işi davam etdirməyi səbrsizliklə gözləyirəm”. Paşinyanın bu təbrikinin hansı pərdəarxası məqamları ola bilər? Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Paşinyanın Ərdoğanı təbrik etməsi ilə Baydenin və ya Makronun Ərdoğanı təbrik etməsi arasında elə də fərq görmür:  “Məsəl var,

28 May - Müstəqillik Günü xalqımızın tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Düz 105 il bundan əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlətin, Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyuldu və dünyanın siyasi nizamının yenidən şəkilləndiyi bir dövrdə Azərbaycanın istiqlaliyyəti elan olundu. Cumhuriyyətin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycan torpağında qurulması xalqımızın o dövrdə milli azadlıq,

Ali Avrasiya İqtisadi Şurasının iclasının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan söz istəyib və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirib. Paşinyan çıxışında Zəngəzur dəhlizini “ərazi iddiaları” adlandırıb. Prezident İlham Əliyev isə bildirib ki, Zəngəzur dəhlizi ərazi iddiaları deyil, nəqliyyat kommunikasiyası mənasını daşıyır. Paşinyanın Laçın yolunun qanunsuz bağlanması iddiasına cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda dövlət sərhədində keçid məntəqəsi yaradılıb və erməni millətindən olan istənilən ölkə vətəndaşı oradan təhlükəsiz keçə bilər. Yeri gəlmişkən, Prezident İlham Əliyev tutarlı arqumentlərlə Paşinyanı susduranda prosesi izləyən Rusiya prezidenti

“Rusiyada keçirilən görüşdə ciddi qərarların verilməyəcəyi əvvəlcədən də proqnozlaşdırılırdı. Çünki Azərbaycan-Ermənistan rəsmilərinin Moskva görüşü ABŞ, Brüssel və iyunun 1-də Kişinyovda keçirilməsi planlaşdırılan görüşlərə Rusiya tərəfinin qısqanclığının göstəricisi idi. Rusiya tərəfi heç bir vəchlə proseslərdən kənarda qalmasını qəbul edə bilmir və bu baxımdan erməni baş nazrinin və Azərbaycan Prezidentinin Avrasiya İqtisadi Forumu çərçivəsində görüşünə razlıq aldı, görüş baş tutdu”.  Bunu hafta.az-a politoloq Rəşad Bayramov Moskva görüşündə əldə olunan nəticələrə diqqət çəkərkən bildirib. R.Bayaramov məlum görüşlər zamanı əsasən nəqliyyat və kommunikasiyalarla bağlı müzakirələrin aparılmasını təsadüfi saymayıb. Onun fikrincə,

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev və Pakistan Quru Qoşunlarının komandanı Asim Munir hərbi əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.Görüş İslamabadda, K.Vəliyevin Pakistana rəsmi səfəri çərçivəsində baş tutub. Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Kərim Vəliyev bu ölkənin federal müdafiə naziri Asif Muhammed Xavaca ilə də görüşüb.Xavaca hər iki ölkənin ordusunun döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha

"Ümumiyyətlə onu qeyd edim ki son 1 aydır Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində çox aktiv fəaliyyətə şahidlik edirik. İstər ABŞ-da keçirilən görüşlər, istər daha sonra Avropa ittifaqının vasitəsi ilə keçirilən görüşlər çox əhəmiyyətlidir. Elə həmin görüşdən dərhal sonra Moskvada növbəti görüşün keçirilməsi haqqında məlumatın verilməsi onu göstərir ki, tərəflərdən hər biri, yəni vasitəci ölkələr, prosesdə öz iştirakını möhkəmləndirmək üçün konkret addımlar atıblar". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Rəşad Bayramov deyib. O, qeyd edib ki, hər nə qədər ABŞ-da və Brüsseldə keçirilən görüşlər Rusiya tərəfindən qısqançlıqla qarşılansa

“Azərbaycanın təklif kimi irəli sürdüyü şərtlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistanın bu prinsiplərdən kənara durması və imtina etməsi mümkün deyil”. Bu fikirləri Cebhe.info-ya açıqlama verən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, Azərbaycanın irəli sürdüyü təkliflər beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən də dəstəklənir: “Təəssüflər olsun ki, Ermənistan bu məsələdə müstəqil deyil. Nikol Paşinyan danışıqlar prosesində müxtəlif məsələlərlə bağlı razılıq versə də, sonradan qeyri-konstruktiv mövqe sərgiləyir. Rəsmi İrəvan faktiki olaraq, əvvəl sərgilədiyi mövqelərə geri çəkilir. Bu da prosesin uzanmağına səbəb olur. Görünür, Ermənistanı

“Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanqlı inkişaf vasitəsi ilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən Beynəlxalq Konfrans çərçivəsində Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt və AMİP rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə xanım Sedderfeltin üzvü olduğu İsveç Moderat partiyası ilə AMİP arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivləri, regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danşıqlar, Rusiyanın prosseslərə təsiri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətli rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparımışdır. ATƏT Parlament Assambleyasının sədri həmçinin işğaldan