AMİP-30
a

Author: admin_amip

“ABŞ, həm də Avropa İttifaqında əldə olunan nəticələrin üzərindən xətt çəkmək, danışıqlarda öz vasitəçiliyini önə çəkmək niyyətindədir”.  Mayın 14-də baş tutan Brüssel görüşündən 5 gün sonra - ayın 19-da Moskvada Azərbaycan-Ermənistan xarici işləri nazirlərinin görüşü keçirilir.  Məhz belə bir ərəfədə Ermənistan yenə də Azərbaycan ərazilərini Pua-lardan kustar üsulla hazırlanmış mərmilərlə atəşə tutub. Belə bir ərəfədə erməni separatçı-terrorçularının növbəti dəfə ərazilərimizə silah-sursat  daşıdığı videomateriallarla üzə çıxıb. Hadisənin  Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alındığı bildirilir. Danışıqların ABŞ, Avropa İttifaqı, Moskva arasında “qalması” sülh müqaviləsinə nə verə bilər və eləcə də

Ermənistan baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitindəki çıxışı zamanı ziddiyətli fikirlər səsləndirərək, yenə Azərbaycan əleyhinə böhtan xarakterli mövqe sərgiləyib: “Uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanə olub. 2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaratdı, lakin 2020-ci ilin sentyabrında "Azərbaycan Dağlıq Qarabağa hücum etdi" və Ermənistan müharibədə iştiraka məcbur qaldı. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanat imzaladım və bu, Ermənistanda dövlət institutlarına hücumlara səbəb oldu, lakin biz demokratik nizamı qoruya bildik”. Paşinyan əlavə edib ki, guya 2021-ci

Avropa Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra erməni rəsmiləri görüşün nəticələrini yanlış formada təqdim edirlər. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan Brüsseldə “Azərbaycanın anklavlarının ona qaytarılması məsələsi qaldırıldımı” sualına cavabında deyib ki, nə əvvəllər, nə də indi bununla bağlı hər hansı diskussiya barədə eşitməyib. Eyni zamanda, o hesab edir ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çəkilməsi deməkdir”. Daha sonra erməni rəsmisi bunları əlavə edib: “Regional kommunikasiyaların açılması çərçivəsində yolların tikintisinə gəlincə, Ermənistan

Mayın 14-də Brüsseldə keçirilən görüşün məqsədi bir tərəfdən Vaşinqton görüşlərindən sonra Brüssellin yenidən fəallığını artırmağa çalışması ilə bağlı idisə, digər bir məqsədi də ABŞ-da keçirilən görüşlərdə əldə olunan razılaşmaların daha da irəliyə aparılmasından ibarət idi. Azərbaycan olaraq biz istənilən platformada görüşlərə hazır olduğumuzu dəfələrlə bildirmişik. Çünki ortada üçtərəfli bəyanat və bizim təqdim etdiyimiz 5 baza prinsipdən ibarət sülh sənədi var və bütün danışıqlar da məhz bu sənədlər əsasında aparılır. Məlumdur ki, Azərbaycan tərəfi olaraq biz tezliklə delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında, erməni əsilli

Bu gün qardaş Türkiyədə “sükut günü”dür. Artıq seçki təbliğat kampaniyası bitib. Yəqin ki, elektoratın böyük qismi öz daxilində seçimini də edib.  Bəs təxminən neçə faizi hələ tərəddüddədir və ümumiyyətlə səsverməyə getməyəcək? İştirak faizi nə qədər gözlənilir? Seçkilərdə iştirak faizinin yüksək olması Ərdoğanın (hakim koalisiyanın) xeyrinədir, yoxsa müxalifətin? Seçki texnoloqları bu xüsusda nə deyir? Ən əsası, 14 maydan sonra (qalib müəyyənləşərsə) qarışıqlıq ola bilərmi? Məğlub qalibi təbrik edəcəkmi? İkinci tur ehtimalı nə dərəcədə böyükdür? Bu ərəfədə Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncə namizədliyini geri çəkib.

"Azərbaycan və Ermənistan arasında yenidən genişmiqyaslı müharibə başlaya bilər". Bunu erməni diplomat, Ermənistanın birinci prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlar aparan Jirayr Liparityan Ermənistanın İctimai televiziyasının efirində deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaması regionda ciddi fəlakətlərə gətirib çıxara bilər: “Əgər rəsmi İrəvan indi Azərbaycanla sülh müqaviləsi imzalamasa, yeni müharibə başlayacaq və Ermənistan yeni itkilər verəcək”. Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığı təqdirdə iki dövlət arasında yeni müharibənin başlaması ehtimal oluna bilər.  Məsələ ilə bağlı politoloq Rəşad Bayramov Cebhe.info-ya bildirib ki, belə bir vəziyyətdə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində diplomatik normalardan kənara çıxaraq Qarabağla bağlı əsası olmayan fikirlər səsləndirib: “Getdikcə çətinləşən şərtlərə baxmayaraq, aydın başa düşmək lazımdır: əgər Rusiya olmasaydı və onun sülhməramlıları bölgəyə daxil olmasaydı, bu gün Dağlıq Qarabağın həmin hissəsindəki Stepanakert olduğu formada qalmayacaqdı. Mən başa düşürəm ki, əhalidə müəyyən məyusluq hissi var, nəzərə alsaq ki, hansısa zorakı hərəkətlər baş verir, indi Laçın dəhlizi bağlanıb

“Artıq işğalçı Ermənistanın nazı ilə oynamağın zamanı bitib. Çünki buna nə vaxtımız, nə də həvəsimiz var. Əgər hər gün erməni təxribatlarının, öz ərazilərimizdə mina qurbanlarının şahidi oluruqsa, yaralılarımız, şəhidlərimiz olursa, bu o deməkdir ki, danışıqlar prosesi fayda vermir”. Bunu hafta.az-a politoloq Rəşad Bayramov Ermənistan ordusunun mayın 10-dan başlayaraq Azərbaycan ərazilərini minaatanlardan atəşə tutması və Brüssel danşıqlarından əvvəl gərginliyin yaradılmasının daha çox hansı qüvvələrə faydalı olması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, mayın 10-dan bu gün səhər saatlarına qədər davam edən erməni təxribatları Ermənistanın sülh prosesində