“Konstitusiyaya dəyişiklik edilmədən Azərbaycan-Ermənistan münasibətlərində köklü dəyişiklik mümkün deyil”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2025-ci ildə Ermənistan və Azərbaycan qoşunları arasında atışma nəticəsində sərhəd itkisi olmayıb və bölgədə əsl sülh hökm sürür. Paşinyan sülhün möhkəmləndirilməsi və institusionallaşdırılması üçün davamlı səylərin vacibliyini vurğulayıb, bunun laqeydlik edilərsə məhv ola biləcəyini qeyd edib. Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsi və 2025-ci il Vaşinqtonda imzalanmış sülh çərçivəsini sülh prosesinin əsas arxitekturası kimi qiymətləndirib. Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunması üçün təbii ki, qarşılıqlı səylərin göstərilməsinə ehtiyac var. “Sülh
Anti-Azərbaycan qüvvələrə müharibə və sülh DƏRSİ
"Əfsuslar olsun ki, Vətən müharibəsi Ermənistan dövlətinə dərs olmadı. Halbuki 2020-ci ilin Zəfərindən sonra dəfələrlə müxtəlif yollarla Ermənistan rəhbərliyinə biz öz mövqeyimizi çatdırmışdıq – heç kimə güvənməsin, heç kimə bel bağlamasın". Bu sözləri Prezident İlham Əliyev Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib. "Xarici ölkələrin hərbçiləri bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşiblər. Əgər kimsə hesab edir ki, bu bizi nədənsə çəkindirəcək, səhv edir. Dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdik ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Bunu dəfələrlə
Əsrin dəhşətli faciəsi: “Kütləvi qırğın düşünülmüş bir aksiya idi”
Xocalı faciəsinin 34-cü ildönümüdür. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini
MÜHARİBƏ artıq Rusiya ərazisindədir: Ukraynanın başqa YOLU YOXDUR!
AMİP sədri, deputat Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirinin qonağı olub. Musavat.com-un məlumatına görə, AMİP sədri verilişdə Rusiya-Ukrayna müharibəsindən danışıb. Daha ətraflı videoda: https://www.youtube.com/embed/j-qQQ-SAy_0
Milli Məclisin adı dəyişdirilir? – REAKSİYA
Parlamentin bugünkü iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı vitse-spiker Rafael Hüseynov bildirib ki, Milli Məclis yox, Millət Məclisi deyilməlidir. Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, "Milli Məclis" ifadəsindən deyil, "Millət Məclisi" ifadəsindən istifadə olunsun. "Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”, - deyə o qeyd edib. Bu, əslində vitse-spiker tərəfindən Milli Məclisin adında dəyişik edilməsi təklifidir. Onu da qeyd edək ki, Rafael Hüseynov Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyasından olan deputatdır. Bəs parlamentdəki digər müxalifət partiyalarının deputatlarının Milli Məclisin
Alimentlə bağlı məhkəmə qərarlarının 70 faizi icra edilmir – DEPUTAT
Milli Məclisdə bir sıra sosial məsələlər yenidən gündəmə gətirilib. Modern.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə regionlarda müəllim çatışmazlığının ciddi problem olaraq qaldığını bildirib. Deputat qeyd edib ki, xüsusilə bölgələrdə kadr qıtlığı fonunda 65 yaşa çatmış müəllim və həkimlərin imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu sahədə hələ də neqativ hallara rast gəlinir. Deputat iclasda aliment problemlərinə də toxunub. O bildirib ki, ölkədə alimentlərin ödənilməsi ilə bağlı kifayət qədər çətinliklər mövcuddur və işlərin təxminən 70 faizi
Deputat: Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır
Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə bildirib. Deputat deyib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir: “Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Eyni problem təhsil sahəsində də mövcuddur – xüsusilə bölgələrdə müəllim çatışmazlığı hiss olunur. Hesab edirəm ki, müəllim və həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə
“Koçaryan, Sarkisyan kimi cinayətkarların təhvili tərəflər arasındakı gələcək münasibətlərə müsbət təsir göstərə bilər” – DEPUTAT
“Bu gün Xocalı faciəsinin 34-cü ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində böyük soyqırımı aktı həyata keçirildi. Bu cinayət təkcə Azərbaycan xalqına deyil, eyni zamanda bütövlükdə bəşəriyyətə qarşı törədilmiş akt idi”. Bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Patrul.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, Ermənistan ölkəsində Azərbaycana qarşı soyqırımı törətmiş cinayətkarları təhvil verəcəyi təqdirdə tərəflər arasında irəliləməkdə olan sülh prosesi daha da güclənə bilər: “Bu cinayətə yol vermiş şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi
Afsəddin Nəbiyev: “Prezidentin açıqlamaları Azərbaycan xalqının gələcək təhlükəsizlik strategiyasının manifestidir”
İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Bunu Prezident İlham Əliyev Xocavəndə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib. “İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik”- Prezident qeyd edib. Bütün bunlar Azərbaycanın, öz suverenliyini və ərazi bütövlüyünü bərqərar edəndən sonra daha