Zəfər Cəbrayılı Azərbaycana qaytardı – DEPUTAT
Azərbaycanın müasir tarixində elə günlər var ki, təqvimdə hər zaman xalqımızın milli yaddaşına və dövlətçilik tariximizə qızıl hərflərlə daxil edilib. 4 Oktyabr Azərbaycan xalqı üçün məhz belə tarixi gündür. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edildiyi, üçrəngli Azərbaycan Bayrağının doğma torpaqda yenidən ucaldığı və illərlə davam edən həsrətin sona çatdığı gündür. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 4 Oktyabr Cəbrayıl Şəhəri Günü elan edilib. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayılın əhalisi doğma yurdlarından didərgin salındı,
Suqovuşandan Şuşaya: Zəfərin yolunu açan tarixi döyüş – Arzuxan Əlizadə
6 il əvvəl, 3 oktyabr 2020-ci ildə Suqovuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin hərbi salnaməsində mühüm dönüş nöqtələrindən birinə çevrildi. Bu qələbə yalnız bir yaşayış məntəqəsinin işğaldan azad olunması deyildi. Suqovuşan-Ağdərə istiqamətində əldə edilən uğur Azərbaycan Ordusunun strateji təşəbbüsü ələ keçirdiyini və düşmənin uzun illər qurduğu müdafiə sisteminin sarsılmağa başladığını göstərən mühüm hərbi hadisə idi. Rəsmi xronologiyaya görə, həmin gün Suqovuşan və Talışla yanaşı, Cəbrayıl və Füzuli istiqamətlərində də bir sıra yaşayış məntəqələri azad edildi. Suqovuşanın hərbi əhəmiyyətini anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Ərazi
Afsəddin Nəbiyev: “Paşinyanın qarşısında duran əsas məsələ II Qaregini vəzifədən uzaqlaşdırmaqdan daha genişdir”
Erməni Apostol Kilsəsi “işğal edilib”. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib. O, dindarların kilsənin rəhbərliyindən kənarlaşdırıldığını qeyd edib. “Kilsə nə Katolikosdur, nə də yepiskopdur. Kilsə mömin bir xalqdır. Mömin xalq isə kilsənin rəhbərliyindən xaric edilib”, - Paşinyan vurğulayıb. O, həmçinin, kilsə ilə bağlı araşdırma komissiyasının yaradılmasını təklif edib. Paşinyanın sözlərinə görə, komissiyanın işinin nəticələrinə əsasən, müvafiq qanunvericilik təşəbbüsləri qəbul edilməli və kilsənin "işğalı" dayandırılmalıdır. Paşinyan eyni zamanda bildirib ki, icma keşiş seçiminə həlledici təsir göstərməlidir. Maraqlıdır, Paşinyan II Qaragini kilsədən uzaqlaşdırıb onun
Azərbaycanın yazdığı 44 günlük salnamə: bu günümüzün və gələcəyimizin mühüm tarixi dönüş nöqtəsi – RƏY
Altı il əvvəl sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi Zəfərlə nəticələndi. Azərbaycan Ordusunun qəhrəmanlığı və əsgərimizin döyüş meydanında göstərdiyi şücaət nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixində xüsusi yer tutan hadisədir. O xatırladıb ki, bu müharibə təkcə ayrı-ayrı yaşayış məntəqələrinin azad edilməsi ilə deyil, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi: “Müharibənin gedişində
Deputat: “Satıcıların iş zamanı oturmalarına belə imkan verilməməsi əmək hüquqları baxımından ciddi müzakirə olunmalıdır”
"Satış sahəsində çalışan insanların, xüsusilə də, xanım satıcıların iş zamanı oturmalarına belə imkan verilməməsi məsələsi əmək hüquqları baxımından ciddi müzakirə olunmalıdır. Əmək qanunvericiliyində işçinin bütün iş vaxtı ərzində mütləq ayaqüstə dayanmasını tələb edən ümumi bir norma yoxdur. Təbii ki, işin xarakterindən, xidmətin xüsusiyyətindən və iş yerinin daxili qaydalarından irəli gələn tələblər ola bilər. Lakin bu qaydalar işçinin sağlamlığına, ləyaqətinə və qanunla müəyyən edilmiş əmək hüquqlarına zidd olmamalıdır. Xüsusilə, müştərinin olmadığı vaxtlarda belə işçiyə oturmağa icazə verilməməsi, kameralar vasitəsilə daim nəzarətdə saxlanılması və buna görə
Arzuxan Əlizadə: “Xarici siyasi tərəfdaşlıqlar və beynəlxalq əlaqələr dövlətçilik maraqlarımızın prioritet tərkib hissəsidir”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə və partiya sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev İsveçdə səfərdə olublar. Səfərin təfərrüatları ilə bağlı Yenicag.az-a açıqlama verən AMİP sədri bildirib ki, nümayəndə heyəti sentyabrın 11-dən Stokholmda olub, İsveçdə keçirilən parlament və yerli bələdiyyə seçkilərini, həmçinin təşviqat kampaniyasının gedişini yaxından izləyib. O xatırladıb ki, daha əvvəl avqustun 26–31-də AMİP gəncləri dəvət əsasında İsveçdə səfərdə olaraq seçki kampaniyasında bilavasitə iştirak ediblər. Deputat qeyd edib ki, İsveçdə hazırda koalisiya şəklində hakimiyyətdə olan və baş nazir Ulf Kristerssonun
Kürmük məbədi ətrafında gərginlik: Gürcüstan Patriarxlığı nə etməyə çalışır?
Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığı sentyabrın 24-də Azərbaycanın Qax rayonundakı Kürmük məbədi (gürcü mənbələrində – Qurmuxi Müqəddəs Georgi kilsəsi) ilə bağlı bəyanat yayaraq abidə və ətraf ərazidə aparılan işlərdən narahatlıq ifadə edib. Burada onlar abidəni "tarixi Hereti" bölgəsində yerləşən gürcü mənəvi və mədəni irsinin mühüm nümunəsi kimi təqdim ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi isə Gürcüstan Patriarxlığının bəyanatını kəskin tənqid edərək bunu Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirib. Burada Azərbaycan ərazisindəki coğrafi və tarixi adların başqa adlarla təqdim olunmasının qəbuledilməz olduğu qeyd edilib. Bu əsasda da Gürcüstan dini qurumlarına
Bakı və Ankaranı narahat edən mənzərə – Deputatlar da işə qarışdı
Son günlər Türkiyənin bəzi media və sosial şəbəkə platformalarında Azərbaycan əleyhinə yayılan materiallar yenidən diqqət mərkəzinə gəlib. Azərbaycan Media və Yayım Şurası da sentyabrın 26-da Türkiyə media məkanında yayılan müəyyən qərəzli paylaşımlarla bağlı bəyanat yayıb. Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov isə bu cür kampaniyaların mənbələrinin araşdırılması və qarşısının alınması üçün Türkiyə ilə birgə təhqiqat qruplarının yaradılmasını təklif edib. Bəs Azərbaycan və Türkiyə arasında informasiya təhlükəsizliyi sahəsində birgə mexanizmlərin yaradılması bu cür kampaniyaların qarşısının alınmasına necə təsir edə bilər? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib