“Biz separatçılıqdan, terroçuluqdan qurtulmağın Azərbaycan modelini ortaya qoyduq” – Deputat
“Azərbaycan dövləti beş il əvvəl İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə əldə etdi. Ondan sonra həyata keçirilən bir günlük antiterror əməliyyatları ilə ərazi bütövlüyünmüzü və suverenliyimizi tam bərpa etdik. İlk günlərdən başlayaraq 30 il ərzində işğalda qalan və faktiki olaraq xarabalığa çevrilən ərazilərimizi yenidən dirçəltməyə başladıq. Çox böyük infrastruktur layihələri həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Böyük Qayıdış konsepsiyası işlənib hazırlanıb ki, artıq o çərçivədə təxminən 50 min soydaşımız öz doğma yurduna qayıdıb”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Azərbaycan Prezidenti mütamadi
Deputat: “Xocalı qatilləri Azərbaycana təhvil verilməlidir”
“Bu gün Xocalı soyqırımının 34-cü ildönümüdür. Biz artıq 34 ildir ki, Xocalıda baş verən faciənin təsiri altındayıq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-sına keçən gecə Xocalıda bəşəri cinayət həyata keçirildi:“Hesab edirəm ki, bu təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməli, soyqırım deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı soyqırımdır. Buna erməni faşizminin həyata keçirdiyi soyqırımlardan biri demək daha doğru olar, amma ən faciəlisidir. Həmin gecə içərisində uşaqlar, yaşlılar, qadınların da
“-Ov”dan, “-yev”dən necə qurtulmalı? – Deputat rəyləri
Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərarın qəbulundan 33 ildən çox vaxt ötür. Milli Məclisin 2 fevral 1993-cü ildə qəbul etdiyi qərara görə, vətəndaşlar “-ov”, “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Lakin ölkədə “-ov”, “-yev” sonluqlu soyad daşıyanlar hələ də çoxdur. Hətta müstəqillik illərində doğulan xeyli Azərbaycan vətəndaşında bu cür soyad sonluqlarına rast gəlinir. Ölkəmizdə soyad sonluqları niyə bu qədər insanda hələ də köhnə formada qalır?
Rəşad Bayramov: “Müharibə Rusiyanın müxtəlif regionlardakı təsir imkanlarının məhdudlaşmasına gətirib çıxarıb”
Rusiya-Ukrayna müharibəsinin başlanmasından 4 il ötdü. Rusiya prezidenti Vladimir Putin müharibə başlayanda 3 günə Kiyevi alardıq deyirdi, amma bu müddət ərzində qarşısına qoyduğu məqsədinə nail ola bilmədi və s. Dörd il əvvəl heç kimin xəyalına gəlməzdi ki, müharibə bu qədər uzanar və Rusiya Ukraynada bataqlığa düşər. Dörd illik prosesin əsas geosiyasi nəticələri nələrdir? Bu müddət ərzində Rusiyanın qazandıqlarını itirdikləri ilə müqayisə etmək olarmı? Dörd ildən sonra bu müharibədə real strateji üstünlük hansı tərəfdədir? Rusiyanın Türkiyədən asılılığı artdımı? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin
“Xocalı faciəsi müasir tariximizin ən qanlı səhifələrindən biridir” – ŞƏRH
1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi Azərbaycanın müasir tarixində ən ağır və faciəli hadisələrdən biri kimi yadda qalıb. Həmin gecə Xocalı şəhərində dinc əhaliyə qarşı qətllər törədilib, yüzlərlə insan həyatını itirib. Bu hadisə hər il Azərbaycanda qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir. Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciələrindən biri olaraq xatırladıb. Onun sözlərinə görə, bu hadisə XX əsrin sonlarında törədilmiş ən ağır soyqırımlarından biri kimi qiymətləndirilməlidir: “Azərbaycan tarixində ən faciəli günlərdən biri
Xocalı faciəsi erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır – AMİP
Azərbaycan Milli İstiqlal Partiyasının Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə Bəyanatı Xocalı faciəsi Azərbaycan xalqının tarixində sadəcə bir təqvim günü deyil, insanlığın sınağa çəkildiyi, beynəlxalq hüququn iflic olduğu və erməni faşizminin ən iyrənc simasının üzə çıxdığı qanlı bir cinayət aktıdır. Bu gün biz bu dəhşətli soyqırımdan ötən 34-cü ili dərin hüznlə, eyni zamanda sarsılmaz milli qürurla anırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə şahidlik etdi. Erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı və texnikası ilə Xocalı şəhərini
Deputat: “Təxribat törədənlər Azərbaycana təhvil verilməlidir”
Bu il fevralın 19-da Vaşinqton şəhərində baş verən və təxribat xarakterli hərəkətlərlə müşayiət olunan radikal aksiya ətrafında diqqətçəkən məqamlar var. Belə ki, aksiyada iştirak edən şəxslərin əhəmiyyətli hissəsi Rusiya Federasiyası ilə sıx əlaqələrə malikdir. Onların bəziləri bu ölkənin vətəndaşıdır, digərləri uzun illər orada yaşayıb və ya intensiv səfərlər edib, daha sonra isə ABŞ-yə köçüb. Bu əlaqələr sadəcə təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılmış təxribatdır? Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a bildirib ki, fevralın 19-da Vaşinqtonda Azərbaycan Prezidentinə yönəlik bir tərbiyəsizlik çox təəssüf doğuran haldır. Deputat vurğulayıb ki, bu
Azərbaycan üçün bəzi risklər mövcuddur – MÜSAHİBƏ
"ABŞ-nin İranla mümkün hərbi toqquşma fonunda qaçqın axını ola bilər ki, bu da humanitar böhran yarada bilər" "Çünki Azərbaycanla İran çox böyük sərhədə malikdir. Türkiyə tərəfi qabaqlayıcı tədbir kimi İranın öz daxilində səhəddə xüsusi buffer zona yaradıla biləcəyi ehtimalını da irəli sürüb. Bu baxımdan, Türkiyə və Azərbaycan qabaqlayıcı tədbirlər görməli və regiondakı riskləri minimuma endirməlidir" Azərbaycanın xarici siyasət kursu son illərdə regionda diqqət mərkəzində olan mövqeyini daha da möhkəmləndirib. Bu kontekstdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ilə Prezident İlham Əliyevin Avropa və Vaşinqton səfərlərinin əhəmiyyəti,
Almaniyanın qazancı, bizim itkimiz: 3 mindən çox həkim ölkəni tərk etdi -AÇIQLAMA
Son illərdə gənclərin xaricə üz tutması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib. Xüsusən həkimlərin ölkəni tərk etməsi səhiyyə sistemində narahatlıq doğurur. Rəsmi və qeyri rəsmi məlumatlara görə, son beş il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb. Bu göstərici ixtisaslı kadr axınının miqyasını açıq şəkildə ortaya qoyur. Aşağı əməkhaqqı, ağır iş yükü, məhdud karyera imkanları və sosial təminat problemləri əsas səbəblər sırasındadır. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, proses bizim istəyimizdən asılı olmayaraq davam edir: "Tibb universitetini bitirənlər arasında, yaxın çevrəmizdə Almaniyaya
Hansı partiya sədrinin süni intellekt müavini var?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə müvafiq müavin vəzifələrinin ayrılması zərurətini bildirib. "Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların