NIPA-30
a

Author: admin_amip

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, əgər Azərbaycanla sülh sazişinin paraflanması zamanı Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya zidd olduğunu qərara alarsa, o, şəxsən konstitusiya dəyişiklikləri ilə bağlı təşəbbüs göstərəcək. Paşinyan bu fikri “İrəvan dialoqu” beynəlxalq forumunda səsləndirib və vurğulayıb ki, hazırda bu barədə düşünməyə ehtiyac olmasa da, yeni Konstitusiyanın qəbul edilməsi gündəmdədir.  Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputat Arzuxan Əlizadə ilk olaraq bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana və eləcə də qardaş Türkiyəyə ərazi iddiaları var və bu, konstitusion müstəvidə təsbit olunmuş bir

“Təəssüf ki, bəzi mətbu orqanlar, xüsusilə öz içimizdən qaynaqlanan bəzi qüvvələr Vaşinqton görüşündə, eyni zamanda bağlanan sazişdə Azərbaycan Prezidentinin rolunun azaldılması üçün əllərindən gələn istənilən böhtanları tirajlamaqdan usanmırlar. Görünən bu idi ki, cənab İlham Əliyev Vaşinqtonda çox yüksək səviyyədə qarşılandı. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə yönəlik xüsusi ehtiram və hörmət nümayiş etdirdi. Bütün vizual gördüklərimiz, səslənən fikirlər, Trampın Prezident İlham Əliyev haqqında söylədiyi “siz böyük lidersiniz” ifadəsi deməyə imkan verir ki, “sarı” mətbuatda yayılan absurd fikirlər tamamilə həqiqətdən kənardır. Biz qalib tərəf olaraq

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin yutub kanalına müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub. Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib. Tramp vurğulayıb ki, o, 34-35 il müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında müsbət rol oynayıb: "Hətta bəziləri mənə deyirdilər ki, bunu həll edə bilməzsən, amma mən bunu həll etdim". Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü də xatırladıb.  Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri çərçivəsində tərəflər arasında anlaşma memorandumu imzalanıb. Digər tərəfdən, tərəflər iqtisadi əlaqələri gücləndirməyin vacib olduğu fikrinə gəliblər.Paşinyan da öz növbəsində bildirib ki, regionda kommunikasiya yollarının bərpası fonunda Ermənistan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq üçün də yeni imkanlar açılıb. O, qeyd edib ki, Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və Qara dənizə dəmir yolu ilə çıxışı təmin ediləcək.Görəsən, İrəvanda atılan bu addımlar fonunda İranın Zəngəzur isterikası nəhayət bitəcək? Yoxsa şovinist farslar yenə Pezeşkianı hədəfə almaqda davam

İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə sosial media hesabında paylaşım edib. Pezeşkian paylaşımında iki ölkə arasında dost münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. “Ermənistanın baş naziri ilə görüşdə bildirdim ki, İran İslam Respublikası hökumətinin mövqeyi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də iki ölkə arasında səmimi münasibətlərin davam etdirilməsidir. Üçüncü tərəf qüvvələrinin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız isə tamamilə aradan qaldırılmalıdır”, - deyə İran Prezidenti qeyd edib. “Qafqazda sülhün hakim olması İran üçün strateji bir prioritetdir”. Pezeşkian Paşinyanla mətbuat

MDB Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlərin sülh sazişi üçün əsas olacağına ümid edir. Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib. “Biz Birlik ölkələrində bir vaxtlar Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında sazişin imzalanmasını alqışladığımız kimi, indi də hesab edirik ki, bu, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının yekun həlli və sülh sazişinin bağlanması yolunda mərhələlərdən biridir”, - deyə Lebedev bildirib. Sülh sazişinin MDB ali orqanlarının iclaslarının Ermənistan və Azərbaycan ərazisində daha dolğun keçirilməsinə imkan verəcəyini deyən RF rəsmisi ümidvar olduğunu bildirib ki, bundan

Avqustun 17-də üç turistin Şəhidlər Xiyabanındakı qeyri-etik davranışları ölkə gündəmində ciddi müzakirələrə səbəb olub. Hadisədən dərhal sonra onlar polis tərəfindən saxlanılıblar. Bunun ardından məhkəməyə çıxarılıblar. Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başladılmış hər üç nəfər barədə məhkəmə 3 ay həbs qətimkan tədbiri seçib. Bununla belə hadisədən sonra bir sıra təkliflər irəli sürülüb. Şəhidlər Xiyabanında foto və video çəkilişlərinə məhdudiyyətlərin qoyulması, qısa geyimdə olan şəxslərin əraziyə buraxılmaması kimi təkliflər irəli sürülüb Modern.az irəli sürülən təkliflə bağlı deputatların fikirlərini öyrənib. Milli Məclisin İnsan hüquqları komitəsinin digər bir üzvü Arzuxan

“Zəngəzur dəhlizi necə adlanmasından asılı olmayaraq, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən açılacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, həmin kommunikasiya qovşağının təhlükəsizliyinə və digər məsələlərə nəzarət mexanizmi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək: “Bu məsələ isə həm İranı, həm də Rusiyanı nərahat etdi. İran rəsmiləri ABŞ-nin sərhədə gəlməsindən narahat oldular. Hətta İran Prezidenti Məsud Pezeşkian da Ermənistana səfəri zamanı regionda kənar ölkələrin iştirakını məqbul saymadığını söylədi. Rəsmi Tehran sərhəd bölgəsində ABŞ-nin mövcudluğunu özünə təhdid

"Moskva İrəvanı xəbərdar edir ki, prosesin gedişində Kremlin də iqtisadi, siyasi maraqları nəzərə alınmalı, Rusiya prosesdən kənarda qalmamalıdır". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Rusiya baş nazirinin müavini Aleksey Overçukun ölkəsinin Ermənistanın Azərbaycanla "Tramp yolu" adlı nəqliyyat dəhlizi yaratmaq planlarını dəstəklədiyini barədə bəyanatını şərh edərkən deyib.  Həmsöhbətimiz qeyd edir ki, Şərqdən Qərbə doğru uzanacaq bu kommunikasiya qovşağının açılmasında region ölkələrilə yanaşı, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Çin də maraqlıdır: "Bu fonda Rusiya da əslində dəhlizə qarşı ola bilməz. Kreml ona əngəl olacaq imkanlara da