Deputat: “Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir”
“Azərbaycanın islamofobiya ilə mübarizəni beynəlxalq gündəliyin mühüm istiqamətlərindən biri kimi irəli sürməsi təsadüfi deyil. Son illərdə dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları, dini nifrət zəminində törədilən cinayətlər, müqəddəs dini dəyərlərin təhqir olunması və İslamın terrorizm və ekstremizmlə eyniləşdirilməsinə yönəlmiş yanaşmalar ciddi narahatlıq doğurur. Azərbaycan isə tarixən multikulturalizm, dini dözümlülük və birgəyaşayış ənənələrinə malik ölkə kimi bu tendensiyalara qarşı prinsipial mövqe nümayiş etdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hər hansı dinin və ya dini icmanın hədəfə alınması, nifrət ritorikasının təşviqi beynəlxalq hüququn və
“Azərbaycançılıq gənc nəslin əsas dayağıdır” – DEPUTAT
“Azərbaycançılıq ideologiyası yalnız etnik mənsubiyyəti ifadə edən anlayış deyil, eyni zamanda dövlətçilik, milli maraqların müdafiəsi və vətəndaş həmrəyliyinə əsaslanan mühüm ideoloji konsepsiyadır”. Bunu Xalq Cəbhəsi.az-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, Azərbaycançılığın əsasını Azərbaycan dövlətinə sədaqət, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf çağırışlarına uyğunlaşma prinsipləri təşkil edir:“Azərbaycançılıq həm milli özünüdərk konsepsiyası, həm də dövlətçilik ideologiyası kimi çıxış edir. Müasir dövrdə bu ideologiyanın qarşısında duran əsas vəzifə qloballaşmanın yaratdığı imkanlarla milli dəyərlərin qorunması arasında düzgün tarazlığın təmin edilməsidir. Bu gün gənclər əvvəlki nəsillərlə müqayisədə daha
Deputat Arzuxan Əlizadə: Leyla Əliyevanın təşəbbüsü Xəzərin gələcəyi üçün mühüm addımdır
Xəzər dənizinin ekoloji vəziyyəti uzun illərdir neftlə çirklənmə problemi ilə gündəmdədir. Sahilboyu ərazilərdə aparılan təmizlik aksiyaları ekoloji tarazlığın qorunması, biomüxtəlifliyin bərpası və dəniz ekosisteminin sağlamlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib. IDEA İctimai Birliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən aksiya çərçivəsində sahilboyu əraziyə yayılmış neft tullantılarının və neftlə çirklənmiş qalıqların təmizlənməsi işləri davam etdirilib. İştirakçıların sağlamlığının və təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması məqsədilə
Afsəddin Nəbiyev: “Bu gün Ermənistan dövlətinin, cəmiyyətinin qarşısında tarixi seçim dayanır”
Ermənistan hakimiyyəti Seçki Məcəlləsinə və referendumlar haqqında qanunvericiliyə dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Dəyişikliklər konstitusiya referendumunun keçirilməsini asanlaşdırmaq məqsədi daşıyır. Problem ondadır ki, Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərində konstitusion çoxluğu qazana bilmədiyinə görə ali qanunun yeni mətnini ümumxalq səsverməsinə çıxara bilmir. Ona görə də Ermənistan hakimiyyəti alternativ vasitə kimi qanunvericiliyə düzəlişlər etməyi qərara alıb. Yeni təkliflərə görə, son 365 gün ərzində Ermənistanda ən azı 183 gün yaşayan vətəndaşlar seçkilərdə və referendumlarda səs verə bilər. Qanuna edilən düzəlişdən sonra hakimiyyət orqanlarının 300
Deputat: Azərbaycan dostluq göstərdi, indi növbə İrandadır
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu dövlətlərlə münasibətlərdə dostluq və mehriban qonşuluq prinsipinə sadiq qaldığını dəfələrlə nümayiş etdirib. Rəsmi Bakı bu xətti təkcə bəyanatlarda deyil, praktik addımlarında da göstərib. Buna baxmayaraq, müxtəlif dövrlərdə həm şimal, həm də cənub qonşularımızdan Azərbaycana münasibətdə adekvat olmayan yanaşmaların da şahidi olmuşuq. Xüsusilə İranla münasibətlərdə zaman-zaman ziddiyyətli məqamlar ortaya çıxıb. Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Həmrəylik Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, İranla normal qonşuluq və dostluq münasibətlərinin formalaşmasında həmişə maraqlı olub: "Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal
26 iyun – Azərbaycan hərb tarixini dəyişən gün
“1918-ci il iyunun 26-da əlahiddə Azərbaycan korpusunun yaradılması ilə ölkəmizin hərbi ənənələrinin əsası qoyulmuş oldu. Beləliklə, milli ordumuz formalaşmağa başladı”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu, ozamankı müstəqil Azərbaycanın dövlətçilik kontekstində atdığı ən strateji addımlardan biri hesab olunmalıdır:“Ordu formalaşması ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində çox ciddi addımlar atılmış oldu. Bir qədər sonra, sentyabr ayında Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanın yeni yaradılmış əlahiddə qoşunları, milli ordusu Bakını bolşevik və daşnakların işğalından azad etdi. Sonrakı
“Şvabenin çıxışı Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir” – DEPUTAT
"Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Frank Şvabenin 24 iyun tarixində etdiyi çıxış Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti nümunəsidir. O, ümumiyyətlə uzun müddətdir ki, regionda baş verən proseslərə obyektiv yanaşmaq əvəzinə, davamlı olaraq qərəzli mövqe nümayiş etdirməkdədir. Şvabenin çıxışında səsləndirilən fikirlər birmənalı olaraq reallıqlara deyil, daha çox siyasi stereotiplərə əsaslanır". Bunu Azinforum.az-a açıqlamasında AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyib. Millət vəkilinin sözlərinə görə, Avropa siyasətçiləri hələ də köhnə yanaşmalardan əl çəkmək istəmirlər: "Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və
Rəşad Bayramov: “Çin nə Rusiyanın uduzmasını, nə də Ukraynanın məğlub olmasını istəmir”
Ukrayna idxalının böyük bir qismini Çindən idxal təşkil edir. Rəsmi məlumatlara görə, bu ilin yanvar-aprel ayları ərzində Ukraynanın idxalı 32.2 milyard təşkil edib. Çindən idxal 8.7 milayrd dollar olmaqla Ukraynanın ümumi idxalın 25 faizindən çoxunu təşkil edir. Məlumata görə, Ukraynanın dron istehsalı Çindən idxalla parallel şəkildə artır. Məsələ ondadır ki, Çin bəzi həsas hissələri Rusiyaya satmadığı üçün uzun məsafəli dronlar məsələsində Ukrayna öndədir. Çox maraqlı statistikadır. Adətən indiyə qədər belə məlumatlar yayılırdı ki, Rusiyanın əsas texnoloji təchizatçısı Çindir, bəs Pekin istəmir Rusiya məğlub olsun və s.
Sədrlik Azərbaycana keçdi: Yeni dövr başlayır
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib. Sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub. Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir. Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər