NIPA-30
a

Mass media

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanat yayıb. Bu sənəd Avropa Xarici Fəaliyyət Xidmətinin saytında dərc olunub. “İyunun 13-də Brüsseldə Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib.  İştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar”, – sənəddə qeyd olunub. “Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardıma göstərdiyi dəstək yüksək qiymətləndirilib. Bildirilib ki, Aİ-nin “Team Europe” təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə

Otuz bir il əvvəl ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışı ilə respublikamızın həyatında yeni inkişaf dövrünün əsası qoyuldu. Həmin gün Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edir. Çünki məhz həmin günlərdə respublikamızın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu.  1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. O vaxt vəziyyət getdikcə ağırlaşırdı və 1993-cü ilin iyununda hakimiyyət böhranı kulminasiya həddinə çatdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı hədəfə almışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən

Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Bunu Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib. “Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Minsk Qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət

"İrəvanda Paşinyan hakimiyyətinə qarşı həyata keçirilən etiraz aksiyaların heç bir nəticəsi olmayacaq".  Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Cebhe.info"-ya şərhində İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi altında keçirilən etiraz aksiyaların hansı nəticə ilə yekunlaşacağı sualına cavab verərkən bildirib. O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyana alternativ bir namizəd yoxdur: "Artıq bir aydır ki, İrəvanda etiraz aksiyaları davam edir. Aksiyalar Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması səbəbindən başlayıb. Ermənistanın Tavuş vilayətinin keşişi Baqrat Srbazanın rəhbərliyi ilə İrəvana yürüş təşkil edilib. Aksiyalar bu günə qədər davam edir.  Görünən budur ki,

"COP29-a qədər sülh və ya çərçivə sazişinin imzalanacağı istisna deyil, amma bu məsələ Ermənistanda cərəyan edən proseslərdən asılıdır". Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivindən danışarkən deyib. Ekspertin fikrincə, Qazaxın 4 kəndi Azərbaycana qaytarıldıqdan sonra baş verən proseslər onu deməyə əsas verir ki, COP29-a qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər: "Bunu istisna etmək olmaz. Ən azından çərçivə  sazişinin imzalanması mümkündür. Bununla bağlı hər iki tərəfdən müsbət mesajlar da verilib. Hesab edirəm ki, Ermənistanda

“Ermənistanın təhlükəsizliyinə təhdidlər bir neçə ölkədən gəlir”. Bunu Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan bildirib. Onun sözlərinə görə, bu təhdidlər ölkənin mövcudluğuna, suverenliyinə və müstəqil qərar qəbul etmək qabiliyyətinə qarşı yönəlib. O, mötərizələri açmaq istəmədiyini bildirib. “Biz gündəlik olaraq bu risqləri təhlil edirik və baş nazirə məlumat veririk”, – Qriqoryan əlavə edib. Ermənistanın baş naziri Nikol Paşinyanın ən azı iki KTMT üzvü ölkənin Ermənistana qarşı müharibənin hazırlanmasında iştirak etməsi barədə bəyanatı ilə bağlı suala Qriqoryan heç nə cavab verməyib. Rusiyadan Ermənistana təhlükə olub-olmaması ilə bağlı suala

"Frank Şvabenin Azərbaycana yönəlik münasibəti bəllidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, uzun müddətdir ki, bu avropalı cənab Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir: "Daha çox erməni lobbisinin arxasında dayanan güclərin maraqlarına xidmət edərək Azərbaycanın beynəlxalq imicinə müəyyən formada ləkə vurmağa çalışmaqdadır. Əslində Səməd Seyidovun onun haqqında dediyi fikrə münasibətində də daha çox qərəz var, səmimilikdən tamamilə kənardır. Bəlağətli ifadələr işlətməklə, guya, Azərbaycanın ləyaqətli və demokratik dəyərlərə üstünlük verən insanlarının hissiyatını qabartmaqla mövqe nümayiş etdirirdi. İstənilən halda biz

Fransa Senatının üzvü Valeri Boyer Azərbaycanı Fransada sabitliyi pozmağa cəhddə, xüsusən də Yeni Kaledoniyada iğtişaşlar törətməkdə ittiham edib. Boyer Azərbaycanın aktivlərinin dondurulmasını və bu vəsaitlərin Yeni Kaledoniyada təxminən 1 milyard avroya çatan zərərin ödənilməsi üçün istifadə edilməsini istəyib. Boyer Fransa Senatının iclasında Fransaya xarici müdaxilənin qarşısının alınmasına dair qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, Yeni Kaledoniya Fransada sabitliyi pozmağa və onun resurslarından, o cümlədən nikeldən istifadə etməyə çalışan Azərbaycan, Rusiya və Çinin təsiri fonunda zorakılığa məruz qalıb: Televiziya verilişləri göstərirdi ki, Yeni Kaledoniyada bəzi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub. O da məlum olub ki, MKİ direktoru baş nazir Nikol Paşinyanla da görüşüb. Göründüyü kimi, Ermənistan mərhələli şəkildə Rusiyadan uzaqlaşır, ABŞ-la yaxınlaşma kursu götürür. Ermənistan KTMT-ni neçə müddətdir faktiki olaraq boykot edir. Digər tərəfdən, bir müddət əvvəl Soçidə Beynəlxalq “Atomekspo- 2024” forumunda “Rosatom”-un baş direktoru Yevgeni

"Paris əsəbi halda yeni Yeni Kaledoniya üçün yer axtarır, Gürcüstan və Ermənistan arasında seçim edir". Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb. Diplomat Gürcüstan Prezidenti Salome Zurabişvilinin Fransa Prezidenti Emmanuel Makronu Qafqazı nəhayət ki, sovet boyunduruğundan və Rusiyanın təsirindən azad etmək məqsədi ilə mayın 26-da Gürcüstanın Müstəqillik Gününə dəvət etməsinə diqqət çəkib. "Əgər Paris kimlərisə azad edə bilərsə, bu, Fransa boyunduruğundan qurtulan kanaklar olacaq", - deyə Zaxarova qeyd edib. Qeyd edək ki, Qərbi və MərkəziAfrikada, eləcə də Cənubi Sakit Okean hövzəsində mövqelərini