Azərbaycanda uşaqların sosial mediadan istifadəsinə QADAĞA qoyulacaq
Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulub. Bununla bağlı müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən qəbul edilib. İnternet nəşrlərinin tənzimlənməsi və kiber-cinayətkarlıqla mübarizəyə dair sənəddə “internet oyunları”, “oyun distribütoru”, “oyun tərtibatçısı” və “oyun platforması” kimi anlayışlara aydınlıq gətirilib. Yeni qaydalara əsasən, sosial media operatorlarına 15 yaşından kiçik istifadəçilərə xidmət göstərmək qadağan olunub. Azərbaycanda da belə bir qanunun qəbul olunmasına ehtiyac varmı? Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Türkiyə parlamentinin qəbul etdiyi qanun
Arzuxan Əlizadə: “Senatorların müraciəti o demək deyil ki, ABŞ hökuməti də bu işə qoşulacaq”
ABŞ senatorları “Meta” və “Alphabet” şirkətlərinə məktub göndərərək, onlara Ermənistanda iyun ayında keçiriləcək parlament seçkisi ilə bağlı çağırış ediblər. Senatorlar şirkətlərdən Rusiya dezinformasiyasının seçki ərəfəsində yayılmasına mane olmağa çağırıblar. Məktubda Rusiyanın Moldovadan sonra Ermənistandakı demokratik proseslərə “Meta” platformasından istifadə edərək təsir etməyə çalışdığı bildirilib: “Bu seçkilər Ermənistanın gələcəyinin müəyyənləşdirilməsində dönüş ola bilər çünki o, regional sülh təşəbbüsləri və kommunikasiya proyektlərinin, o cümlədən sülh danışıqlarının önəmli komponenti olan TRİPP marşrutunun nəticəsini müəyyən edə bilər. Heç bir xarici gücün Ermənistanın suveren qərarlarının nəticəsinə təsir etməsinə izn verilməməlidir”. Burada
“Azərbaycan böyük beynəlxalq şəhərsalma tədbirinə hazırlaşır” – DEPUTAT DANIŞDI
"Bu ilin 17-22 may tarixlərində Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Bununla bağlı hələ 2023-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında forumun Bakıda keçirilməsinə dair ev sahibi ölkə sazişi imzalanmışdır. 2024-cü ildə isə bu sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, hazırda forumun yüksək səviyyədə təşkili istiqamətində ciddi işlər görülür: "Azərbaycan tərəfdən Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev milli koordinator təyin edilmiş, eyni zamanda təşkilat komitəsi formalaşdırılmışdır. Bu
Paşinyan onları susdurdu: Bu məsələ artıq gündəmdə deyil – ŞƏRH
Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları regionda post-münaqişə dövrü ilə bağlı yeni müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsinin davamlı şəkildə gündəmdə saxlanılması məhsuldar deyil və bu mövzu artıq bağlanmalıdır. Paşinyanın sözlərinə görə, “kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmaq” yanaşması sülhə xidmət etmir və yalnız qarşılıqlı reallıqların qəbul edilməsi ilə irəliləyiş mümkündür. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq uzun müddətdir bu mövqeyi ifadə edir: “Hazırda sərgilədiyi yanaşma, əslində,
“Razılaşma olmazsa, İrana ağır zərbələr endiriləcək” – Tramp
ABŞ Prezidenti Donald Tramp İranın atəşkəsi pozduğunu iddia edib. O bildirib ki, razılaşma əldə olunmasa, Vaşinqton İranın strateji obyektlərini hədəf ala bilər. Tramp Hörmüz boğazındakı gərginliyi əsas gətirərək ABŞ-nin təklif etdiyi planı “ədalətli” adlandırıb və Tehranı nəticələrlə hədələyib. Onun nümayəndə heyətinin danışıqlar üçün İslamabada yola düşdüyü bildirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında ilk danışıqlar aprelin 11-də İslamabadda keçirilib: “Tərəflər yüksək səviyyəli nümayəndə heyətləri ilə təmsil olunub. Aprelin 8-də elan edilən iki həftəlik atəşkəs aprelin 21-də başa çatır və ikinci
Antalya forumundan dünyaya mesaj
Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirib ki, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Şahbaz Şərif arasında nümayiş olunan səmimiyyət bütün dünyaya mühüm bir mesajdır. Nazir vurğulayıb ki, bu birlik “qardaşların bütün dünyaya mesajıdır”.Hakan Fidan əlavə edib ki, hər üç lider dostluq münasibətlərini dəfələrlə sübut ediblər və bu, xalqların hisslərini də əks etdirir. Onun sözlərinə görə, bu liderlərin birliyi regional sülh və təhlükəsizlik baxımından beynəlxalq diqqət mərkəzindədir. Bu yaxınlaşma regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərmi? Milli Məclisin deputatı Arzuxan
Zəngəzurdan Avropaya: yeni geosiyasi reallıqlarda Bakı faktoru
“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Artan geosiyasi gərginliklər, regional münaqişələrin genişlənməsi və qlobal iqtisadi qeyri-müəyyənlik fonunda dövlətlərin rolu yenidən qiymətləndirilir. Bu kontekstdə Azərbaycan təkcə regional güc kimi deyil, həm də qlobal miqyasda təsir imkanları genişlənən mühüm aktor kimi çıxış edir. Multilateralizm və Azərbaycanın fəal diplomatiyasıAzərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi platformalarda aktiv iştirakı onun çoxtərəfli diplomatiyaya verdiyi önəmin göstəricisidir. Xüsusilə multilateralizmin zəiflədiyi bir dövrdə Bakı bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirir”.Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı
“Atəşkəsin əldə olunması Yaxın Şərqdə sabitliyə aparan yoldur” – Deputatdan ŞƏRH
Livanın Prezidenti Jozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib. Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Livan Prezidenti Jozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu arasında aparılan telefon danışıqlarından sonra 16 aprel 2026-cı ildən etibarən İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs razılaşması əldə olunub: “Atəşkəsin əldə olunması, əslində, uzun müddətdir davam edən gərginliyin aradan qaldırılması üçün bir addım kimi qiymətləndirilə
Afsəddin Nəbiyev: “Komfort içində yaşayan diaspor nümayəndələri üçün Ermənistan sadəcə bir geosiyasi oyun meydanıdır”
Parisdə ümumerməni diasporunun səfərbər edilməsi üzrə konqres keçirilib. Tədbirdə Ermənistandan, eləcə də 26 ölkədən ictimai, siyasi, hüquq müdafiə, dini və biznes təşkilatlarının 150-dən çox nümayəndəsi, həmçinin “Dağlıq Qarabağ nümayəndələri” iştirak ediblər. Konqresin yekununda geosiyasi reallıqların qiymətləndirilməsi və ümumerməni gündəliyi ətrafında səfərbərliyin zəruriliyi ilə bağlı deklarasiya qəbul olunub. Tədbir ədalət və demokratiya uğrunda Avropa erməni federasiyasının (EAFJD), Erməni Milli Komitəsinin (ANC) və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının dəstəyi ilə Diasporun səfərbərliyi üzrə Koordinasiya Komitəsi tərəfindən təşkil edilib. Qəbul edilən bəyanatda “xaricdə yaşayan bütün Ermənistan vətəndaşlarına 2026-cı il
Türkiyə siqareti tam qadağan etməyi düşünür — “Azərbaycanda müzakirə obyekti deyil”
Türkiyədə tütün məhsullarına qarşı daha sərt məhdudiyyətlərin tətbiqi gündəmdədir. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsinə əsasən, 2040-cı ilə qədər tütün məmulatlarından tam imtina hədəflənir. Layihədə bu prosesin mərhələli şəkildə həyata keçirilməsi, ilkin mərhələdə isə siqaret çəkilməsinin ictimai və açıq məkanlarda ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Bu yanaşma cəmiyyət sağlamlığının qorunması baxımından mühüm addım kimi qiymətləndirilir. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, qardaş Türkiyə Respublikasında tütün məmulatlarına çox ciddi qadağaların qoyulması ilə bağlı qanun layihəsi hazırlanır: “Bu məsələ gündəmdədir və qanun layihəsi hakim