Azərbaycanlıların 30 ildir gözlədiyi məsələ: Araik və digərlərinə verilən ən böyük cəza…
Bu gün Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi keçirilir. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Proses rəsmi Bakının dünya hərb və hüquq tarixinə düşəcək növbəti zəfəri kimi dəyərləndirilir. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin
Qəzzanın Şimalında Atəşkəs Pozuntusu: Gecə tışması və regional gərginlik
Qəzzanın şimalında ötən gecə baş verən silahlı insident bölgədə kövrək olan atəşkəs rejimini yenidən sual altına alıb. Atışma nəticəsində İsrail ordusunun bir zabiti ağır yaralanıb. İsrail Müdafiə Nazirliyi hadisəni atəşkəsin açıq şəkildə pozulması kimi dəyərləndirir. Hadisə fonunda tərəflər arasında gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlar güclənir və regionda təhlükəsizlik balansı bir daha gündəmə gəlir. Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, insan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, Qəzzada bu cür təxribatlar davam edə bilər: “Çünki hələ tərəflər arasında sülh müqaviləsi imzalanmayıb və dayanıqlı
Bakı-Abu-Dabi strateji alyansı: Hərbi-enerji gücü
“Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı əməkdaşlıq yalnız iqtisadi və enerji sahələrində deyil, eyni zamanda daha geniş spektrdə hərbi, təhlükəsizlik və müdafiə əməkdaşlığı sahəsində də strateji səviyyəyə yüksəlib. Bu əməkdaşlıq Azərbaycanın regional və qlobal mövqeyini möhkəmləndirən əsas amillərdən birinə çevrilib”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.Onun sözlərinə görə, fevralın 2-də Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, əlaqələrin dərinliyini bir daha nümayiş etdirib. “Tərəflər siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni və humanitar sahələrdə tərəfdaşlıqdan məmnunluq ifadə ediblər. Xüsusilə
7 ölkənin parçalanması planı AKTİVLƏŞDİRİLİR – ŞƏRH
İran ətrafında gərginliyin pik həddə çatdığı bir zamanda, Məsud Pezeşkian ABŞ-la danışıqların aparılması barədə təlimat verib. “Axios” nəşrinin yazdığına görə, tərəflər arasında birbaşa görüş fevralın 6-da İstanbulda keçiriləcək. Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi iştirak edəcək. Görəsən, ABŞ-İran gərginliyi danışıqlar yolu ilə sona çata bilər? Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, müharibənin qarşısını yalnız Amerikanın tələbləri yerinə yetirildikdən sonra almaq mümkün olacaq: “Əks halda İranın vurulması qaçılmazdır. ABŞ İran münasibətləri kifayət qədər ciddi mərhələdədir. İran ətrafında halqa daralmaqdadır.
Yeni parlamentin 17-ci ayı
Fevralın 2-də Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. 2024-cü ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərindən 17 ay ötüb. Azərbaycanın siyasi sistemində Milli Məclis ali qanunverici orqan statusuna malik olsa da, onun real təsir imkanları uzun illərdir müzakirə mövzusudur. Yeni çağırış dövrü bu sualı yenidən aktuallaşdırır: parlament təşəbbüskar və nəzarətçi institutdur, yoxsa əsasən icraedici qərarların hüquqi çərçivəyə salındığı platforma? Praktikada Milli Məclisin əsas funksiyası qanun layihələrinin qəbulu ilə məhdudlaşır. Qanunvericilik təşəbbüslərinin böyük hissəsi icra hakimiyyəti tərəfindən irəli sürülür, parlament isə daha çox razılaşdırıcı rol oynayır.
Arzuxan Əlizadə: “Əraqçının ifadə etdiyi şərtlər daxilində ABŞ İranla saziş imzalamayacaq”
İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsinin problemli məsələlər üzrə ABŞ-la ciddi və bərabərhüquqlu danışıqlar aparmağa hazır olduğunu bildirib. Onun fikrincə, İran ABŞ-la bərabərhüquqlu, ədalətli və vicdanlı nüvə sazişi bağlaya bilər, ancaq bu şərtlə ki Birləşmiş Ştatlar məcburetmə prinsipindən əl çəksin: “İran nüvə proqramı ətrafındakı böhranı həll etmək üçün ABŞ-la danışıqları bərpa etməyə hazırdır. Biz etimadı bərpa etmək məqsədilə bərabər mövqedən çıxış edən və qarşılıqlı hörmət əsasında olan danışıqlara hazırıq. Ancaq danışıqlara təhdidlə başlamaq olmaz. İlk növbədə təhdid dili kənara qoyulmalıdır”. Maraqlıdır, bu cür sazişin imzalanması
“Saxta profillər arxasında gizlənənlərin dövrü bitdi!” – Deputatdan SƏRT TƏLƏB
“Sosial şəbəkələrdə xaricdə oturub Azərbaycana düşmən qüvvələrin diktəsi ilə ölkəmizə təzyiq edən şəxslər Azərbaycana gətirilməlidir.” Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputat son dövrlər sosial şəbəkələrdə, xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar zamanı yol verilən söyüş, təhqir, əxlaqsız davranış və nifrət nitqi hallarının qarşısının alınması yollarını izah edib: “Təəssüf olsun ki, son dövrlərdə xüsusilə bir sıra sosial şəbəkələrdə, ələlxüsus da “TikTok”, “YouTube” və digər platformalar üzərindən bəzi özünü blogger elan edən şəxslərin təhqirlərə yol verməsi, milli mentalitetimizə uyğun olmayan ifadələr səsləndirməklə cəmiyyətə açıqcasına hörmətsizlik
Deputat: “”Epşteyn sənədləri”ndə guya Azərbaycanın da adının olduğunu ortaya atmaqla nəyəsə nail olmaq mümkün deyil”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə günlərdir, dünya gündəmini zəbt edən "Epşteyn sənədləri"ndə Azərbaycanın da adının çəkilməsi məsələsinə münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, bununla nəyəsə nail olmaq mümkün deyil. "Özünü radikal müxalif qüvvələr elan edən və cəmiyyətə bu cür sırımaq istəyən bəzi "siyasətbazlar" var ki, müxtəlif məsələlərdə ayrı-ayrı rəhbər şəxsləri deyil, bütövlükdə Azərbaycan dövlətçiliyini hədəfə alırlar. Məqsədləri bəllidir. Hakimiyyətə gəlmək xülyaları boş xülyalardır. O dərəcədə axmaq deyillər, başa düşürlər. Sadəcə, kimlərinsə əlində alətə, vasitəyə çevriliblər. Azərbaycanın hazırkı dönəmdə regionun lider dövləti
Deputatların sayı artırıla bilər – AÇIQLAMA
Azərbaycanda deputatların sayının artırılması ilə bağlı mövzu yenidən gündəmə gəlib. Son dövrlər əhalinin say artımı, seçici dairələrinin genişlənməsi və parlamentdə təmsilçilik məsələləri bu müzakirələri aktuallaşdırır. Mövcud deputat sayı cəmiyyətin bütün təbəqələrinin maraqlarını tam əhatə etməkdə çətinlik yarada bilər. Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Milli İstiqlal Partiyası olaraq hələ bir neçə il bundan əvvəl öz təkliflərimizi irəli sürmüşük: “Mən şəxsən həmin təklifləri dəfələrlə öz adımdan da səsləndirmişəm. Məsələ ondadır ki, Azərbaycan Konstitusiyasında parlament üzvlərinin sayı 125 nəfər olaraq təsbit edilib.
“Bölgədə Azərbaycanın iştirak etmədiyi heç bir layihə reallaşa bilməz” – Deputat
Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu ifadə etməsini şərh edərkən bildirib ki, Azərbaycanın dominantlığı nəzərə alınmalıdır: "5 il əvvəl 44 günlük müharibə ilə əldə etdiyimiz möhtəşəm qələbə regiondakı reallıqları dəyişdi. İndi bu reallıqlar onu tələb edir ki, bölgədə baş verən bütün proseslərdə Azərbaycanın dominantlığı nəzərə alınsın. Həm region ölkələri, həm də regiondan kənar güclər artıq bunu qəbul ediblər. Onlar Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən aparıcı