NIPA-30
a

Mass media

"Azərbaycanla normal qonşuluq münasibətlərində maraqlı olduğunu iddia edən İran bunun əksini nümayiş etdirir. Biz otuz ildə Tehranın İrəvana dəstəyinin şahidi olduq. Özünün Azərbaycanın din qardaşı kimi təqdim edən İran İslam dininə qarşı düşmənlik edən, Qarabağda 65 məscidi dağıdan ermənilərə dəstək verir".  Bu sözləri Crossmedia.az-a geniş müsahibəsində Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.   "Ermənistan da dəfələrlə etiraf edib ki, İranın dəstəyi olmadan ayaq üstə qala bilməzdi. Onu da nəzərə almaq lazımdır ki, Tehranda səfirliyimizə hücum edən terrorçu hələ də ölüm hökmünə məruz qalmayıb.

Son illərdə texnologiyanın sürətli inkişafı sosial medianın məzmun istehsalında da yeni mərhələ yaradıb. Artıq internet istifadəçiləri gündəlik olaraq müxtəlif videolar, reklamlar və şəkillərlə qarşılaşırlar. Bu materialların əhəmiyyətli hissəsi isə süni intellekt (Aİ) vasitəsilə hazırlanır. Xüsusilə sosial şəbəkələrdə yayılan bəzi videolar və fotolar ilk baxışda real görünsə də, əslində, süni intellekt məhsulu olur. Bu isə informasiya mühitində həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Süni intellekt proqramları reklam, kino, media və təhsil sahələrində böyük imkanlar açır. Məsələn, reklam şirkətləri məhsullarını daha kreativ şəkildə təqdim edə,

“Martın 19-da Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlət idarəçiliyində aparılan islahatların, xüsusilə, iqtisadi islahatların davamı olaraq dövlət qulluğunda əməkhaqqı sisteminin daha da təkmilləşdirilməsi və balanslı şəkildə həyata keçirilməsi məqsədilə bir neçə fərman imzaladı. Bu fərmanlar əslində əməkhaqqılarının tənzimlənməsi ilə bağlıdır. Kimin nə qədər maaş alacağı hələ bəri başdan məlum deyil. Yəqin ki, bu, hesablamalarla olacaq, tənzimləmələrdən sonra biləcəyik. Hesab edirəm, ciddi fərq olmayacaq. Dövlət məmurlarının, dövlət qulluqçularının, həmçinin parlament üzvlərinin fərqli maaşları ola bilər. Amma Azərbaycanda mütəmadi olaraq həm əməkhaqqı, həm də pensiyalar artırılır.

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilib.  Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Azərbaycanın dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün 1170 manat, yardımçı vəzifələr üçün 760 manat müəyyən edilib.  Həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə əməyin ödəniş səviyyələri, dövlət qulluqçularının əməyinin ödəniş səviyyələri və pillələri üzrə artım faizləri, eyni zamanda dövlət

Birləşmiş Ştatların İrana qarşı müharibəyə başladığı vaxtdan açıq hiss edilir ki, bu gün Avropa İttifaqının liderləri sanki prezident Donald Trampın İranda bataqlığa batmasında bu və ya digər dərəcədə maraqlıdılar. Hətta Avroittifaqın üzvü olmayan, tarixən hər zaman ABŞ-ın yanında yer alan Böyük Britaniya belə Trampın Hörmüz boğazı ilə bağlı çağırışına yox dedi. Baxmayaraq ki, Hörmüzün bağlı olması ABŞ iqtisadiyyatına yox, bilavasitə Avropa iqtisadiyyatına təsir edir. Çünki Körfəz ölkələrindən neft və sıxılmış qaz alan əsasən Avropa ölkələri idi. Ancaq Avropa liderləri olan Starmer, Makron, Mertz dedilər ki,

"Bu fəaliyyətin qarşısı alınmalıdır. Belə fəaliyyət göstərən həmin cinayətkar ünsürlər müəyyən edilməli, ölkəyə gətirilməli və Azərbaycan qanunları ilə ən sərt formada cəzalandırılmalıdırlar ki, gələcəkdə bu cür hallar təkrarlanmasın" Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan Prezidenti Azərbaycan dövlətinin, Azərbaycan xalqının atributudur: “Ona qarşı, onun ailəsinə, yaxınlarına qarşı yönəlmiş hər hansı bir bu cür qara yaxma, böhtan kampaniyası hər birimizə qarşı, dövlətimizə və xalqımıza qarşı edilən kampaniya kimi qəbul edilməlidir. Müqavimət güclü olmalı və hər birimiz mövqeyimizi ifadə etməklə bu cür hallara qarşı

"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti olaraq əldə etdiyimiz möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdıq. Azərbaycanın işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsi azad olundu. Daha sonra həyata keçirilən lokal əməliyyatlar və nəhayət 2023-cü il Qarabağ antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazilərinə tam nəzarəti bərpa etdi və faktiki olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində Azərbaycanın üzərinə götürdüyü əsas və məsuliyyətli vəzifələrdən biri

Donald Tramp İrana qarşı hücumların gedişatı barədə danışaraq bildirib ki, əməliyyatlar yaxşı gedir. O qeyd edib ki, İran əvvəllər ABŞ ilə razılığa gəlmək istəmirdi. Trampın sözlərinə görə, hücumlardan sonra İranın özünü bərpa etməsi bir neçə il çəkə bilər. O həmçinin deyib ki, əvvəllər ABŞ ilə İran arasında nüvə sazişi üzrə razılaşma əldə etmək mümkün görünürdü, lakin İran sonradan geri çəkildi. Tramp əlavə edib ki, əməliyyatın nə qədər davam edəcəyinə qərar vermək ABŞ-ın əlindədir və lazım olsa onu uzatmaq, yaxud da qısa müddətdə dayandırmaq mümkündür. Doğrudan

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib. Belə ki, İrandan gələn və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. “Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür. Hadisənin bütün aspektlərini aydınlaşdırmaq üçün müvafiq ölkə ilə məsləhətləşmələr aparılır. Bölgədəki bütün inkişaflar milli təhlükəsizlik prioriteti olaraq diqqətlə izlənilir və qiymətləndirilir”, – məlumatda

Son illər beynəlxalq təşkilatların müxtəlif hesabatlarında Azərbaycanla bağlı irəli sürülən bəzi iddialar ölkə ictimaiyyəti və rəsmi qurumlar tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, media sahəsi ilə bağlı hazırlanan sənədlərdə yer alan bəzi yanaşmaların obyektivlikdən uzaq olduğu, ölkədə həyata keçirilən islahatların və qanunvericilik dəyişikliklərinin mahiyyətinin düzgün qiymətləndirilmədiyi tez-tez vurğulanır. Bu baxımdan, bəzi beynəlxalq strukturların mövqeyinin siyasi və qərəzli xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Avropa Şurası tərəfindən jurnalistlərin təhlükəsizliyi və media azadlığı ilə bağlı yayımlanan hesabatda Azərbaycanla bağlı yer alan bəzi məqamlar da reallığı əks etdirməyən və birtərəfli