NIPA-30
a

Mass media

Məlum olduğu kimi, Rusiya və Ermənistan arasında münasibətlər yenə gərgin mərhələdə qalmaqda, eyni zamanda tərəflər üçün yeni qalmaqallar yaranmaqdadır.  Buna səbəb bu günlərdə İrəvanda İkinci Dünya müharibəsində mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin vandalizmə məruz qalması olub. Məsələyə Moskva sərt reaksiya verib. Erməni mediasında baş verənlərlə əlaqədar Rusiyada cinayət işinin açılması hiddətlə qarşılanıb: “Kütləvi informasiya vasitələrində “Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib” xəbərləri yayılıb. Dayanın! Bastrıkin və onun

Elşən Mustafayev: “Trampı seçki marafonundan kənarda qoymağa çalışırlar” ABŞ-da bu il 5 noyabrda keçiriləcək sayca 60-cı prezident seçkisinə uzun müddət qalmasına baxmayaraq, indidən ciddi rəqabət başlayıb. Hazırkı Ağ Evin sahibi, demokrat Co Baydenlə keçmiş prezident, respublikaçı Donald Tramp arasındakı söz dueli durmadan artır.  Hələ ki tam rəsmiləşməsə də, bu iki siyasətçi arasında seçki mübarizəsinin gedəcəyi gözlənilir. Çoxları Trampı daha şanslı görür. 88 yaşlı Baydenlə 84 yaşlı Tramp arasındakı seçimdə yaş faktoruna görə həm də ikinciyə səs veriləcəyi proqnozlaşdırılır. Amma onun üzərində də qara buludlar dolaşmağa başlayıb. Tramp

Bu günlərdə həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də bu ölkənin XİN rəsmisi Mariya Zaxarova bəyan ediblər ki, Avropa İttifaqının Ermənistandakı mülki missiyası bölgədə gərginliyi artırır, Moskva-İrəvan münasibətlərini pozur.  O cümlədən, sülhə, təhlükəsizliyə heç bir töhfə vermirlər və onlar regionda əlavə gərginlik mənbəyidir. Ancaq bütün bunlara baxmayaraq, Ermənistan rəsmiləri Aİ mülki missiyası ilə mütəmadi təmasdadılar, tez-tez görüşlər keçirilir. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib. Görüşdə Aİ-nin mülki müşahidə missiyasının fəaliyyəti müzakirə edilib. Hətta mülki missiyanın

“Almaniya hər zaman Azərbaycana qarşı qərəzli və riyakar mövqe sərgiləyib”. Bu sözləri politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında Almaniyanın Fransanın anti-Azərbaycan siyasətinə qoşulub-qoşulmayacağı ilə bağlı suala cavablandırarkən bildirib.  O bildirib ki, Almaniya və Fransa Azərbaycana münasibətdə eyni mövqeni bölüşür: “Əvvəllər, Almaniyanın Azərbaycana geosiyasi baxışı daha çox qarşılıqlı əməkdaşlığa əsaslanırdı. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla çoxşaxəli münasibətlərin inkişaf etdirilməsi Almaniyaya müsbət perspektivlər vəd edirdi. Amma təəssüf ki, son zamanlar Almaniyanın Azərbaycana münasibətdə düzgün və doğru strateji və taktiki addımların atmadığını görürük. Biz buna Almaniyanın Baş naziri Olaf Şolsun Azərbaycana

AŞPA Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib və bu zaman hansı dövlətlərin ölkəmizə qarşı çıxdığı məlum olub . Qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Qətnamənin əleyhinə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri səs verib. Bundan başqa İsveçənin iki, Norveçin, Bosniya və Herseqovinanın bir deputatı səsvermədə tərəfsiz qalıb. Yeri gəlmişkən, hər üç dövlətin digər nümayəndələri Azərbaycanın əleyhinə səs verib.Türkiyənin kürdləri təmsil edən HDP-dən olan deputatı da Azərbaycana qarşı mövqe tutub. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya,

Avropa Şurası Parlament Assambleyası qış sessiyasında Azərbaycana “sürpriz” hazırlamışdı. Əsl sürprizi isə Azərbaycan AŞPA-ya yaşatdı. Nümayəndə heyətimiz bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxtadək dayandırdı.  AŞPA-nın ölkəmizə qarşı etdiyi həyasızlıq heç bir əndazəyə sığmır. Ən azından ona görə ki, Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür, amma üzv olduğu dövr ərzində nə AŞ-dən, nə də AŞPA-dan heç nə almayıb. Ancaq bu quruma çox şey verib. Məsələn, İslam ölkələri ilə Avropa ölkələrinin əməkdaşlığını özündə ehtiva edən Bakı prosesi bu baxımdan mühüm rol oynayıb.

“Qəbul edilən qətnamə Azərbaycana qarşı ədalətsiz yanaşmanın təzahürüdür, tamamilə qərəzlidir. Fransanın lobbiçiliyi və Almaniyanın dəstəyi ilə Avropa qurumları ölkəmizin müstəqil xarici siyasət kursu həyata keçirdiyini və kimlərinsə boyunduruğu altına girmək istəmədiyini heç bir halda həzm edə bilmirlər”.  Bunu hafta.az-a politoloq Rəşad Bayramov AŞPA-nın Azərbaycana qarşı növbəti qərəzli yanaşması ilə bağlı şərhində bildirib. Politoloq bildirib ki, AŞPA tərəfindən Azərbaycan əleyhinə qətnamələrin qəbulu artıq ənənəvi hal alıb. Avropa Birliyi və Avropa Parlamenti kimi Avropa Şurası və AŞPA da Azərbaycana qarşı daim qərəzli, qeyri-obyektiv mövqeyi ilə seçilən qurumlardandır. Onun sözlərinə

Rusiya xarici işlər naziri Sergey Lavrov açıq mətnlə etiraf edib ki, Ermənistan Zəngəzur dəhlizinə Rusiyanın nəzarətini istəmir: “Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir. Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktik işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur. Paşinyan deyir ki, İran Naxçıvana gediş-gəliş üçün Azərbaycana hansı şərtlərlə yol veribsə, o da eynisini verməyə hazırdı. Açıq desəm, mən onun dediklərində məntiq görmədim.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında Prezident İlham Əliyevin yerli mediaya açıqlamasında bəyan etdiyi fikirlərə cavab verib. Baş nazir iddia edib ki, Bakının son bəyanatları sülh prosesinə ciddi zərbədir. Paşinyana görə, Bakı və İrəvan qəti şəkildə razılaşıb ki, Ermənistan və Azərbaycan arasında sülh, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci ilin dekabrında Almatı Bəyannaməsinə əsaslanmalıdır: "Ermənistan ərazisi Ermənistan SSR-in ərazisi ilə eynidir, Azərbaycan ərazisi isə Azərbaycan SSR-in ərazisi ilə eynidir. Almatı Bəyannaməsində məhz belə deyilir: Sovet İttifaqı dağıldı, dövlətlər öz

“Ermənistan qeyd-şərtsiz və dərhal səkkiz kəndi Azərbaycana qaytarmalıdır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şəhrində bildirib. Onun sözlərinə görə, zərurət yaranarsa, Azərbaycan Qazaxın yeddi kəndi və Naxçıvanın bir kəndini hərbi güc yolu ilə qaytarmalıdır.  “Mütləq mənada bu işğala son qoyulmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara son müsahibəsində bildirib ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclasında bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, ilk növbədə Azərbaycanın Qazax rayonuna bitişik olan dörd kənd boşadılmalıdır. Bundan sonrakı mərhələdə isə Qazaxın dörd anklav kəndi və