AMİP-30
İrəvan Türk Cumhuriyyəti və AMİP rəhbərliyi arasında görüş keçirilib

İrəvan Türk Cumhuriyyəti və AMİP rəhbərliyi arasında görüş keçirilib

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Qərargahında İrəvan Türk Cumhuriyyəti və AMİP rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə İTC-nin yaranmasından keçən bir il ərzində görülmüş işlər, qarşıya qoyulmuş vəzifələr və bu istiqamətdə atılacaq addımlarla bağlı geniş fikir mübadiləsi aparılıb.

Səmərəli keçən görüşdə dədə-baba yurdlarından departasiya olunmuş milyonlarla soydaşımızın hüquqları və bu hüquqların bərpası ilə bağlı fəaliyyətin vacibliyi qeyd olunub, bu istiqamətdə bütün cəmiyyətin səfərbər olmasının səmərəli olacağı vurğulanıb.  

Görüşdə İTC Millət Şurasının sədri Qafar Çaxmaqlı, Dövlət Şurasının sədri Paşa Həsənli, İTC Katibliyinin rəhbəri Qələndər Muxtarlı, Mətbuat və İnformasiya Departamentinin rəhbəri Təbriz Musayev, AMİP sədri Arzuxan Əlizadə, AMİP Mərkəzi Şura sədri Rəşad Bayramov, sədr müavinləri Elşən Mustafayev və Afsəddin Nəbiyev, AMİP sədrinin müşaviri, partiyanın Qərbi Azərbaycan Departamentinin rəhbəri Ceyran Ənsər iştirak ediblər.

Azinforum.az