AMİP-30
a

Author: admin_amip

Ukrayna müharibəsi artıq yalnız Moskva ilə Kiyev arasındakı hərbi qarşıdurma deyil, Qərbin siyasi birliyini, Avropanın təhlükəsizlik strukturunu və transatlantik münasibətlərin gələcəyini müəyyənləşdirən geosiyasi sınağa çevrilib. Müharibənin uzanması, Ukraynaya dəstəyin həcmi və forması ətrafında fikir ayrılıqları, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar Vaşinqtonla Brüssel arasında mövcud ziddiyyətləri daha da dərinləşdirir. Avropa İttifaqı bir tərəfdən Ukraynanın müdafiəsini və Rusiyanın qarşısının alınmasını prioritet hesab edir, digər tərəfdən isə dəyişən beynəlxalq şəraitdə öz təhlükəsizliyini təmin etmək, hərbi imkanlarını gücləndirmək və ABŞ-dən asılılığını azaltmaq zərurəti ilə üzləşir. Əsas problem ondadır ki,

Məktəblərdə vahid geyim məsələsi ətrafında yaranan mübahisələrdən alət kimi istifadə edən müxtəlif radikal qüvvələr indi də Azərbaycan xalqının ictimai asayişini qoruyan, təhlükəsizliyini təmin edən polislər haqqında qarayaxma kampaniyasına başlayıb. Onların iddiasına görə, guya polislər dinc, günahsız insanları məcbur şəkildə məsuliyyətə cəlb edirlər. Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən İnsan hüquqları komitəsinin üzvü Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində və qanun pozuntularının qarşısının alınmasında mühüm rol oynayır. Deputat bildirib ki, hüquqi dövlətin əsas prinsiplərindən biri qanunun aliliyidir: “Polis əməkdaşları da

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, bir vaxtlar Ermənistan hakimiyyətinin etdiyi həyasızlıqlara beynəlxalq ictimaiyyət göz yumurdu: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin

Qarabağdan könüllü köçmüş erməniləri COP17 konfransından Bakıya qarşı beynəlxalq təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflər Konfransı (COP17) anti-Azərbaycan platformaya çevrilə bilər. Bu tədbir ərəfəsində Konfrans ərəfəsində baş verənlər bəzi erməni siyasi və ictimai dairələr tədbirə beynəlxalq diqqətindən sui-istifadə edərək yenə "artsax problemi" ətrafında yalançı hay-küy yaratmaq üçün çalışırlar. Yəni ekoloji problemlərin müzakirəsi üçün təşkil olunan beynəlxalq platformanı Azərbaycanla bağlı birtərəfli siyasi ittihamların səsləndirildiyi meydana çevmək planı var. Oktyabrın 15-də Qarabağdan köçmüş ermənilər İrəvanda hökumət binası qarşısında

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları və regional əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın diplomatik münasibətlərinin inkişafı, iqtisadi tərəfdaşlıqların genişləndirilməsi və yeni investisiya imkanlarının yaranması baxımından diqqət çəkir.  Bəs bu Zirvə Toplantısı ölkəmizə hansı konkret dividendləri vəd edir? Milli Məclisin deputatı Arzuxan Əlizadə Ekologiya.az-a açıqlamasında bildirib ki, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan

12 oktyabr 2026-cı il tarixində məktəbli geyimləri və təhsil müəssisələrində vahid geyim qaydaları ilə bağlı mövqeyimi ictimaiyyətlə bölüşmüş, məsələnin mahiyyətini ətraflı şəkildə izah etmişəm. Bununla belə, təəssüf ki, mövzu ətrafında hələ də müxtəlif manipulyativ fikirlər səsləndirilir, cəmiyyətdə süni narahatlıq yaratmağa yönələn yanaşmalar davam edir. Eyni zamanda, mövqeyimizə görə müəyyən qüvvələr tərəfindən təzyiq və təhdid xarakterli münasibətlərlə üzləşirik. Bir daha bəyan edirəm ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qanuni qaydaları, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarını

Türkiyədə siqaret satışı zamanı şəxsiyyət vəsiqəsinin tələb edilməsi qaydası gündəmdədir. Ölkənin səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, müvafiq qanun layihəsi bir neçə həftə ərzində parlamentə təqdim ediləcək. Ölkəmizdə də yetkinlik yaşına çatmamış gənclər arasında siqaret istifadəsi geniş yayılıb. Bəs bu qayda ölkəmizdə də tətbiq edilə bilər? Mövzu ilə bağlı Azərbaycan24-ə danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında siqaret istifadəsinin qarşısının alınması ciddi diqqət tələb edən məsələlərdən biridir: “Siqaretin insan sağlamlığına vurduğu zərər, xüsusilə yeniyetməlik dövründə orqanizmin inkişafına mənfi təsiri nəzərə alınaraq,

Yaxın vaxtlarda Ermənistan diqqətini Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına cəmləməlidir. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib. “Mən belə fikirləşirəm: yaxın vaxtlarda biz diqqətimizi Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması və ratifikasiyası işinə cəmləməliyik. Və bu baş verəndə biz təsdiq edə biləcəyik ki, Ermənistan dövlətçiliyinin uzunömürlülüyünün təməlini qoymuşuq”, - Paşinyan sosial şəbəkələrdəki videomüraciətində bəyan edib. Paşinyan açıq etiraf edir ki, Ermənistanın mövcudluğu, dayanıqlı inkişafı Azərbaycanla normal münasibətlərdən keçir. Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Paşinyanın Azərbaycanla paraflanmış sülh sazişinin imzalanması

“Ermənistanın xarici işlər naziri Ararat Mirzəyanın Türkiyə-Ermənistan sərhədinin yaxın zamanda açıla biləcəyi ilə bağlı açıqlaması regionda gedən proseslər baxımından diqqət çəkir. Hesab edirəm ki, bu məsələyə yalnız iki ölkə arasındakı münasibətlər kontekstində deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar çərçivəsində yanaşmaq lazımdır”. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. O, qeyd edib ki, uzun illər ərzində bağlı qalan sərhədlərin açılması, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası region ölkələri arasında iqtisadi münasibətlərin inkişafına, ticarət dövriyyəsinin artmasına və qarşılıqlı təmasların genişlənməsinə şərait yarada bilər: “Bununla belə,

“Təhsildə dünyəvilik prinsipi, qızların təhsil hüquqlarının qorunması və onların gələcək həyatlarını müstəqil şəkildə müəyyənləşdirmək imkanlarının təmin edilməsi erkən nikah kimi sosial problemlərlə mübarizədə mühüm əhəmiyyət daşıyır”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib. Deputat deyib ki, erkən nikah bu gün dünyanın bir sıra ölkələrində, xüsusilə İran, Əfqanıstan və bəzi ərəb ölkələrində ciddi narahatlıq doğuran sosial problemlərdən biridir: “Təəssüf ki, bəzi cəmiyyətlərdə azyaşlı qızların nikaha məcbur edilməsi və ya onların erkən yaşda ailə qurmağa sövq olunması halları ilə qarşılaşırıq. Bu isə