AMİP-30
a

Aprel 2022

Ukraynanın Buça və İrpen şəhərlərində yüzlərlə dinc sakininin qətlə yetirilməsi insanlığa qarşı törədilmiş ən böyük soyqırımı cinayətidir. Adı çəkilən şəhərlər Rusiya hərbi qüvvələrindən təmizləndikdən sonra əraziyə daxil olan hərbçilər və hüquq mühafizə orqanlarının əməkdaşları Ukrayna xalqına qarşı törədilmiş amansız cinayətin - kütləvi edamlar, işgəncələr və zorlamalarla müşahidə olunan dəhşətli mənzərənin şahidi olublar. Məlum olub ki, şəhərlərin küçələri insan meyidləri ilə doludur, ən dəhşətlisi odur ki, öldürülənlərin əksəriyyəti dinc sakinlər, əsasən də yeniyetmələrdir. Eyni zamanda tapılan kütləvi məzarlıqlarda yüzlərlə insanın dəfn edilməsi də aşkar edilib

Dünən səhər saatlarından başlayaraq Rusiya silahlı qüvvələri bir neçə istiqamətdən Ukrayna Respublikasının dövlət sərhədlərini pozaraq müstəqil ölkəyə qarşı hərbi təcavüz edib. İki gün ərzində Ukraynanın bir neçə şəhəri işğal olunub, hava zərbələri, ağır artilleriya və ağır texnikadan istifadə etməklə hərbi və mülki obyektlər, yaşayış evləri dağıdılıb, nəticədə artıq yüzlərlə hərbi və mülki şəxs həlak olub və yaralanıb. Baş verən hadisələrin fonunda itkilərin artacağı da qaçılmazdır