AMİP-30
a

Avqust 2022

"Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar. Başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil". Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində söyləyib. Prezident bildirib ki, həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal qrup üzvü tərəfindən hücuma məruz qalması birmənalı olaraq vandalism aktıdır və nə bu təxribatın, nə də həmin qrupun İslam dini ilə hər hansı bağlılığından söhbət gedə bilməz. Hər bir ölkənin səfirliyinin həmin ölkənin ərazisi hesab olunduğunu nəzərə alaraq bu aktı ölkəmizin ərazisinə təcavüz kimi qiymətləndirir və sərt şəkildə qınayırıq.