AMİP-30

Ermənistandan böyük köç: Qarşısını almaq mümkün olmur

Ermənistandan bu il təkcə hava yolu ilə mühacirət 60 faiz artıb. 

Məlumata görə, bu ilin birinci yarısında Ermənistanın “Zvartnots” hava limanının sərnişin axını 1 323 811 nəfər təşkil edib. İrəvana 665 940 nəfər gəlib, paytaxtdan isə 657 871 nəfər gedib. Bu dövrdə “Şirak” hava limanında sərnişin axını 32 557 nəfər (ölkəyə 15 668 nəfər gəlib, 16 889 nəfər gedib) təşkil edib. Yəni cari ilin birinci yarısında Ermənistana gələnlərin sayı 681 608 nəfər, gedənlərin sayı 674 760 nəfər təşkil edib. Bu isə Ermənistandan hava yolu ilə mühacirətin 60 faiz artdığını göstərir. 

Görünən odur ki, iqtisadiyyatı tənəzzülə uğrayan, 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan hələ də özünə gələ bilmir. Artıq insanlar orada heç bir gələcək olmadığını görərək, başqa ölkələrə üz tuturlar. 

Bununla da Ermənistan əhalisinin sayı gün keçdikcə azalmağa doğru gedir. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cümhuriyət”ə açıqlamasında bildirib ki, Ermənistandan köç bu günün və ya dünənin məsələsi deyil: 

“Yəni çox uzun müddətdir ki, Ermənistan əhalisi azalma istiqamətində gedir. Xüsusilə də, müstəqillik dövründə 3 milyondan artıq olan əhali bu gün artıq 2 milyon civarındadır. Üstəlik, bu azalma prosesi də davamlı olaraq gedir. Ermənistandakı əhalinin böyük hissəsi Rusiyaya, bir hissəsi Avropaya, bir hissəsi isə ABŞ-a mühacirət edir. Bu, təbii ki, təkcə Ermənistanda olan iqtisadi vəziyyətin çətinliyi ilə bağlı deyil. Bu, həmçinin millət adlandırmaq istəmədiyim erməni toplumunun özünün daxilindən gələn bir məsələdir. Onlar vətəni olmayan qaraçı kütləsidir və harada yaxşı yer tapsalar oranı özlərinin vətəni hesab edirlər. Ona görə də bu gün belə insanlar Ermənistanı tərk etməkdədirlər”. 

Partiya sədri əlavə edib ki, Ermənistan boşalmağa doğru gedir: 

“Biz gördük ki, onlar işğal etdikləri ərazilərimizi də məskunlaşdıra bilmədilər. Hətta bir ara Suriya, Liviya və digər ölkələrdə olan erməniləri işğaldan azad olunmuş ərazilərə və Ermənistana köçürmək kampaniyasına başlamaq istədilər. Bir müddət bunu etmələrinə də baxmayaraq, ölkədən köçün qarşısını ala bilmədilər. Hazırda da dünyanın ən böyük miqrasiyalarından biri Ermənistandadır. Əlbəttə ki, ölkədə olan iqtisadi vəziyyət də buna təsir edən amillərdəndir. Ona görə də bu gün çətin durumda olan Ermənistanı daha çox insan tərk edir. Hesab edirəm ki, bu proses davamlıdır və qarşısını almaq mümkün deyil”. 

Elmir
Cebhe.info