Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı
İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verən xain terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri hər birimizi dərindən sarsıltdı.
Türkiyənin regionda və dünyada əsas təhlükəsizlik buferi kimi önə çıxması, bütün qlobal-iqtisadi, geosiyasi proseslərin əsas təşəbbüskarı və öncülü olmasının terroru dəstəkləyən ayrı-ayrı dövlətlərin maraqlarına cavab vermədiyi göz qabağındadır.
Milli İstiqlal Partiyası baş vermis terror aktının Türkiyədə prezident seçkiləri öncəsi etimadsızlıq yaratmağa, vətəndaş narahatlığına nail olmağa, onların siyasi iradələrinə təsir etməyə hesablandığını bəyan edərək bildirir ki, kimin nə planlaşdırdığından asılı olmayaraq onlar öz məqsədlərinə çata bilməyəcəklər. Nə hər hansı bir təzyiq, nə də terror aktı Türkiyəni öz yolundan və haqq davasından çəkindirə bilməyəcək.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına Azərbaycan Milli İstiqlal Partiyası olaraq dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.