AMİP-30
a

Avqust 2023

Ermənistanda yaşayan, rəsmən Ermənistan Respublikasının vətəndaşı olan 215 mindən çox etnik azərbaycanlı 1987-1991-ci illərdə Azərbaycana deportasiya edildi. Amma buna baxmayaraq Azərbaycan ərazisində etnik ermənilər qaldı və separatizm meyilləri güclənərək, Ermənistanın da birbaşa dəstəyi ilə on minlərlə qurbanı olan faciəvi I Qarabağ müharibəsinə təkan verdi. Ermənilərin milli ideya hesab etdikləri “Miatsum” “böyük Ermənistan” planlarının tərkib hissəsi idi. Bəs ermənilər “Miatsum”dan nə qazandılar?! Əminliklə demək olar ki, heç nə. Azərbaycan öz torpaqlarının geri qaytarılması ilə yanaşı, “Miatsum” xülyasını da darmadağın etmiş oldu. Bu barədə “Respublika”ya açıqlamasında siyasi şərhçi Rəşad

Deputat bunu mümkün konstitusiya dəyişikliklərinin ola biləcəyi ilə izah edir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin son toplantısında  komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum olsa da, sessiyada sədr seçkisi keçirilməyib. Yada salaq ki, ötən il dekabrın 21-də Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, 1995-ci ilin dekabrından, son 27 ildə Naxçıvan Ali Məclisinin sədri idi. Dekabrın 22-də isə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib. Prezident İlham Əliyev V.Talıbovun istefasından sonra “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb

“Hazırda sərhədə yürüş edən hərbçilərin təxribat törətməsi məsələsində bir neçə maraqlı tərəf var. Maraqlı tərəflərdən biri Ermənistan, o biri separatçı, digəri isə Rusiyadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Analitik Qarabağ müharibəsində iştirak etmiş ermənilərin Azərbaycanla sərhəddə yerləşən Kornidzor qəsəbəsinə gələrək sərhədin zor gücünə açılacağı ilə bağlı verdikləri bəyanatları şərh edib. Xatırladaq ki, ötən gün bir qrup erməni hərbçi İrəvanın mərkəzində yolun zor gücü ilə açılması üçün aksiya təşkil edib. R. Bayramov əlavə edib ki, separatçı rejim və Ermənistan bu cür aksiyalar keçirməklə dünyanın diqqətini ona

Ermənistanın Qərb tərəfindən qadağan olunan  məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”. Daha sonra Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib: “Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi

“Hazırda da hərəkət etmək azadlığı bloklanmayıb”. Bunu Prezident İlham Əliyev "Euronews" telekanalına müsahbəsində deyib. Ölkə başçısı Laçın yolu ilə bağlı bunları qeyd edib: “Aprelin 23-dən - sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. İyunun 15-də Ermənistan digər hərbi təxribata əl atdı və bizim sərhədçilərimizdən birini yaraladı. Yol araşdırmaya görə müvəqqəti olaraq bağlı idi. Sonra yol təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin