AMİP-30
a

May 2023

Arzuxan Əlizadə: “Bu dəfə də Ermənistan əvvəlki səhvləri təkrarlasa, nəticəsi onlar üçün daha ağır olacaq” “Otuz illik işğal onlara (Ermənistana) heç bir üstünlük vermədi”. Bu sözləri Prezident İlham Əliyev Şuşada keçirilən konfransda sualları cavablandırarkən deyib. Ölkə başçısının sözlərinə görə, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər: “Möcüzəni, dəyişiklikləri gözləyirlər. Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuz illik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar

“Ermənilər özləri də çox yaxşı anlayırlar ki, sərhəddə qurduğumuz nəzarət-buraxılış məntəqəsindən geri dönüş yoxdur. Azərbaycan 1991-ci ildən bu yana sərhədlərini tam olaraq bərpa edib. Bu da növbəti uğurdur”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib. O, Laçın-Xankəndi yolunda qurulan nəzarət-buraxılış məntəqəsində skayner aparatlarının qoyulduğunu və keçən yüklərin yoxlanılması ilə bağlı çox ciddi mövqe nümayiş etdirildiyini diqqətə çatdırıb: “Əslində Rusiyanın bu cür manevrlər etməsi və sülhməramlıların komandanının separatçılarla görüşərək, onlara ümid verməyinin məqsədi erməniləri bu mərhələdə incik salmamaqdır. Çünki Rusiya tərəfi də çox

Ermənistan Birləşmiş Millətlər Təşkilatında Rusiya əlehinə qətnamənin lehinə səs verib.  Qeyd edək ki, aprelin 30-da BMT-nin Baş Assambleyasının növbəti iclasında Ermənistan, Qazaxıstan, Çin, Türkiyə daxil olmaqla bir çox dövlətlər Rusiyanı təcavüzkar adlandıran qətnamənin qəbul olunmasına səs veriblər.  Bildiyimiz kimi, Ermənistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi KTMT-nın üzv dövlətləridir, Çin isə Rusiyanın geostrateji müttəfiqi hesab olunur. Əvvəllər, BMT-nin iclaslarında Rusiya ilə bağlı məsələlərdə bitərəf və ya Moskvanın xeyrinə mövqe tutan İrəvan və Astana, eləcə də Pekinin Rusiyanın əleyhinə sənədə dəstək verməsi təəccüb doğurmaya bilməz. Onların addımları heç

Arzuxan Əlizadə: “Bu, Qərbin Ermənistanda hərbi baxımdan təmsil olunmasına hüquqi bazanın yaradılması deməkdir” Ermənistanın Avropa İttifaqı missiyası ilə bağlı oyunu davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir. Təhlükəsizlik Şurasının katibi onu da əlavə edib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir. Maraqlıdır, A. Qriqoryan “digər imkanları artırmağı” deyəndə nəyi nəzərdə tutur? Bəzi

44 günlük Vətən müharibəsindən sonra Laçın yolunda sərhəd – keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin məntiqi sonluğudur. Belə bir qürurverici mərhələyə çatmaq xalqımıza asınlıqla başa gəlmədi. Vətən savaşından sonra Azərbaycan dövləti səbrlə, yüksək peşəkarlıqla ərazi bütövlüyümüzün bütövlükdə təmin olunması yolunda çətin sınaqlardan keçdi. Ancaq bu çətin sınaqlardan üzü ağ qalibiyyətlə çıxmağı bacardıq. Biz nə edə bilərdik?Böyük sınaqlarla üz-üzə qalmışdıq.

REAL Partiyasının sədri İlqar Məmmədov Minval.az-a müsahibəsində mümkün parlament seçkiləri,  Seçki Məcəlləsində dəyişikliklərlə bağlı danışıb. “2020-ci ildə biz çox məhdud nəticə əldə etdik. Biz bir namizədlə parlament partiyası olmuşuq. Gələcəyə gəlincə, bizim Prezident Administrasiyası və parlament rəhbərliyi ilə apardığımız dialoq nəticəsində formalaşan gözləntilərimiz var. Seçki sisteminin dəyişdiriləcəyi, proporsional təmsilçiliyin tətbiq ediləcəyi gözlənilir: ya qarışıq ,ya da sırf proporsional seçki sistemi. Hakim partiya bunda maraqlıdır və təşəbbüs hakimiyyətdən gəlir. Bu proses Azərbaycanla Ermənistan arasındakı münaqişə səbəbindən müəyyən qədər səngidi. Buna baxmayaraq, biz bilmirik ki, majoritar seçkilərə,