AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Milli İstiqlal Partiyasının Bəyanatı

Azərbaycan Milli İstiqlal Partiyası Böyük Quruluş Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir və bu alçaq hücumun icraçı və sifarişçilərinin tez bir zamanda aşkar olunaraq məsuliyətə cəlb edilməsinin vacib olduğunu bildirir.
AMİP olaraq baş verən hadisəni ölkəmizdə sabitliyin pozulmasına cəhd və cəmiyyət arasında qorxu yaratmağa hesablanmış addım kimi qiymətləndiririk. Bu terror aktı ilə Azərbaycan dövlətinə və xalqına mesaj vermək istəyən qüvvələr bilməlidirlər ki, heç bir təhdid insanımızı haqq davasından çəkindirə bilməz və bu mənfur hücumun arxasında dayanan qüvvələr buna görə mütləq cavab verəcəklər.