AMİP-30
Sosial şəbəkələrin tənzimlənməsinə dair təkliflər paketi

Sosial şəbəkələrin tənzimlənməsinə dair təkliflər paketi

Müasir dövrdə demək olar ki, dünyanın hər yerində hər kəs sosial şəbəkələrdən yararlanır. Sosial platformaların inkişafı informasiya bolluğuna və ünsiyyət proseslərinin daha rahat olmasına şərait yaradır. Müasir kommunikasiya əlaqələri insanların gündəlik həyatlarında və sosial münasibətlərində tez-tez istifadə etdikləri bir vasitə halına gəldi. Köhnə dostlar tapmaqla başlanan sosial media daha sonra fərqli platformalar yaratdı və hətta iş həyatında daha yaxşı əlaqələr qurmağa imkan yaratdı. Son illər sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr eyni zamanda insanların fiziki təhlükəzliyinə təhdid formalaşdırdığı həm də günümüzün acı reallığını da özündə əks etdirir.

Hazırda informasiya cəmiyyətinin inkişaf etməsi nəticəsində sosial media ilə bağlı hüquq sisteminin müəyyən dərəcədə öz formasını və gücünü tənzimləməyə ehtiyac yaranıb. Sosial şəbəkələrin həcmimin böyüklüyü bu platformalarda hüquqi tənzimləmənin aparılması yollarını labüd edir. Hal-hazırda dünyanın əksər dövlətlərində sosial platformaların hüquqi tənzimlənmə mexanizmlərini nizamlamaq üçün qanunvericiliyin imkan verdiyi yollarla qanun yaradıcı orqanlar ciddi cəhdlə fəaliyyət istiqamətləri müəyyən etməkdədirlər.

Əslində bir çox hallarda sosial şəbəkələrdə təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması, saxtakarlıq kibercinayət ünsürləri ilə rastlaşırıq. Burada ad gizlətmək, saxta profillərdən istifadə edərək şiddətin artırılması bu sahədə hüquqi proseduraların aparılmasını labüd edir.

Ən dözülməz hallardan biri cinsi təcavüz uşaq parnoqrafiyası heyvanlara qarşı şiddət insanlara qarşı qəsdən hücum nifrət nitqi və təhdidlər kimi hərəkətləri özündə əks etdirən məzmun, sosial mediada asanlıqla paylaşılır.

Sosial mediada uyğunsuz məzmunun çox sürətlə yayılması sosial medianın imkanlarından düzgün istifadə edən insanlarda ciddi narahatçılıqlar yaradır. İnformasiya müharibəsi hərbi savaş qədər önəmlidir.Bunun bariz nümunəsini 44 günlük Vətən müharibəsinin gedişində daha aydın görə bildik.Hal-hazırda narkotacirliyin sosial media vasitələri ilə yayılıb satılması ən ağrılı problemlər siyahısındadır.

Sosial şəbəkələr vasitəsi ilə dövlətin və xalqın maraqlarına zidd olaraq aparılan təhdid və zorakı çağırışlar bu sahədə təcili hüquqi addımların atılmasını zəruri edir. Sosial mediada baş verən qanun pozuntuları ilə bağlı hüquqi müstəvidə atılacaq addımlarda hətta demək olar ki, gecikmişik. Bir çox dövlətlərdə o cümlədən ABŞ-da Almaniyada, Türkiyədə sosial şəbəkələrlə bağlı hüquqi mexanizmlər həyata keçirilmişdir. İnterneti idarə etmək üçün əsas hüquqlarının bir dövlətin əlində cəmləşməsi dövlətimizin də bu sahədə vacib qərarların həyata keçirilməsini zəruri edir. Hələ bir neçə il bundan əvvəl ABŞ-da onlayn platformaların məhkəmə prosesini sadələşdirən qanun layihəsi təklif olunmuşdur. Bu qanun layihəsi təhqiredici və ya zəruri məzmun paylaşanların məhkəmə prosesini asanlaşdıracaq. Sosial medianın ayrı-ayrı dövlətlərə və xalqlara təhdid və təhlükəsizlik sıxıntılarını yaratdığını nəzərə alaraq Azərbaycan Milli İstiqlal Partiyası aşağıdakı tələblərə çıxış edir.

  1. 2013-cü ildə internet istifadəçiləri ilə bağlı qanunun, ictimai formada təhqir və böhtana görə cinayət məsuliyyətinin sərtləşdirilməsini həyata keçirmək üçün qanunda dəyişikliklər edilməsini, cəzaların sərtləşdirilməsini;
  2. Saytların qeydiyyatı, hüquqi ünvanı fəaliyyət sahələrinin araşdırılaraq Azərbaycan üzrə Vahid Məlumat Bazasının yaradılmasını, bazada toplanan məlumatların provayder və hostinqlərin peşəkar səviyyədə incələnməklə cəmiyyətə və dövlətə təhdid yaradan sahələrin ortaya çıxarmaq;
  3. Öhdəlikləri yerinə yetirməyən hostinq təminatçılarına tətbiq olunan cərimələrin artırılması ilə bağlı qanunvericiliyin imkan verdiyi qədər cəza tədbirlərinin artırılmasını təmin etmək;
  4. Sosial mediada Sosial Şəbəkə Təminatçısı qanununun hazırlanmasını təmin etmək, bu qanundan irəli gələn tələblərin pozuntusuna yol verən internet resurslarının fəaliyyətini nizamlamaq;
  5. İnternet üzərindən sui-istifadə şayiə və yalan xarakterli məlumatların, yayınların qarşısını almaq məqsədilə təhsil müəssisələrində maarifçi xəttin gücləndirilməsini təmin etmək üçün təbliğat artırılmasını sürətləndirmək;
  6. Əgər mətbuatda və televiziyada kiminsə ünvanına təhqir ifadə olunursa, məsuliyətə cəlb etmə həmin media vasitəsinin cəzalandırılması baş verir və bu heç də söz azadlığının pozulması kimi qələmə verilmir. Bu cür cəza və məsuliyyətə cəlbetmə tədbirləri sosial şəbəkələrdə həyata keçirilmədikcə qarşılıqlı nifrət, açıq şəkildə təhqir və böhtan halları artır bu isə cəmiyyətə və dövlətə ciddi problemlər yaradır;
  7. Sosial şəbəkə istifadəçisi, öz profilini yaradarkən, şəxsiyyət vəsiqəsində əks olunan məlumatlar vasitəsilə ilə qeydiyyatdan keçməsi artıq bir zərurətə çevrilib, İstifadəçinin profilində özünün elektron poçt ünvanı, digər əlaqə vasitələri şəxsin səhifəsində əlçatan olmalıdır Əks halda məlumatları əks olunmayan şəxsi hesablar qapadılsın;
  8. Kimliyini gizlədərək sosial şəbəkələrdə təhqir söyüş kompaniyası aparanların və yaxud açıq şəkildə bu kompaniyaları aparan insanların cəzalandırılmasına yönəlik addımları, dövlətin atacağı hüquqi addımları birmənalı olaraq dəstəkləyəcəyik.

AMİP Analitik Qrupu