AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Addım – addım Zəfərlərin mübarək, Azərbaycan!

44 günlük Vətən müharibəsindən sonra Laçın yolunda sərhəd – keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin məntiqi sonluğudur. Belə bir qürurverici mərhələyə çatmaq xalqımıza asınlıqla başa gəlmədi. Vətən savaşından sonra Azərbaycan dövləti səbrlə, yüksək peşəkarlıqla ərazi bütövlüyümüzün bütövlükdə təmin olunması yolunda çətin sınaqlardan keçdi. Ancaq bu çətin sınaqlardan üzü ağ qalibiyyətlə çıxmağı bacardıq. Biz nə edə bilərdik?Böyük sınaqlarla üz-üzə qalmışdıq.

Coğrafiya taleyimizdir. Azərbaycanın şanlı Qələbəsindən sonra qazanılan zəfərimizi həzm edə bilməyən şər qüvvələr hər tərəfdən üzərimizə quzğun kimi daraşdılar, ancaq büdrəmədik. Hər kəsə layiq olduğu cavab verməklə yanaşı, dostumuzu düşmənimizi bir daha yaxşıca tanıdıq. Azərbaycan 2020-ci ildən sonra demək olar ki, bütün cəbhələrdə savaşı davam etdirdi. Beynəlxalq arenalarda diplomatik savaşıla paralel, Azərbaycan Ordusu öz üzərinə düşən müqəddəs missiyanı layiqincə yerinə yetirdi.

Erməni separatçılarının nəzarət etdikləri ən yüksək strateji yüksəklikləri Ordumuz ələ keçirərək, postlar qurdu, mövqelərimizi möhkəmləndirdi.Bütün bu zəruri addımları həyata keçirilərkən, Şəhidlərimiz oldu. Tanrıdan Şəhidlərimizə rəhmət , Qazilərimizə şəfa diləyirəm.

Bizə bu sevincli günləri yaşatdıqları üçün Şəhidlərimizə, Qaziləmizə, onların valideynlərinə borcluyuq. İndi ermənilərin Azərbaycan ərazisində iki seçimi var, ya dövlətimizin qanunlarına əməl edərək, dinc yanaşı yaşamağı seçməli, əks halda istədikləri ölkəni yaşayış yeri seçə bilərlər. Yol hər zaman onlara açıqdır. Bütün bunlarla yanaşı bizim üzərimizə düşən məsuliyyətimiz də çoxalıb. 44 günlük savaşda olduğu kimi birlik və bərabərlik modelini qoruyub saxlamaqla yanaşı,vəhdəti daha də möhkəmləndirməliyik . Ayıq – sayıqlığı bir an belə əldən verə bilmərik. Ölkə daxilində nizam – intizamın, daxil sabitliyin saxlanılması üçün hər birimiz üzərimizə düşən işləri layiqincə yerinə yetirməliyik.

Ən vacib olan məsələlərdən biri və birincisi işğaldan azad olan rayonlarımızda abadlıq quruculuq işlərinin sürətlə həyata keçirəlməsidir. Bir daha belə faciələri, təkrar yaşamamaq üçün, sonda qədim bir qızıl qaydanı xatırlatmaq istərdim. IV yüzillikdə yaşamış Roma hərbi yazıçısı Flavius Vegetiusa məxsus məhşur bir ifadə mövcuddur: “Si vis paçem, para bellum”.Latıncadan mənası belədir :”Sülh istəyirsənsə müharibəyə hazırlaş”. Beləliklə, kim sülh istəyirsə döyüşə hazırlasın, kim qələbə istəyirsə, təsadüfi deyil, sənət və bilik əsasında müharibə etsin. Heç kim döyüşdə daha güclü olduğunu bildiyi insana meydan oxumağa cürət etmir. Bu mətndə nə varsa dövlətimiz və Ordumuz qızıl qaydanı uğurla davam etdirir. Gələcəyimiz naminə, bu qızıl qaydanı bir an belə unutmağa haqqımız yoxdur. Bu qaydanı daim şüar kimi deyil, praktiki həyat tərzimizə çevirməliyik. Addım – addım Zəfərlə imza atan Şanlı Ordumuzun bütün heyətini, həmvətənlərimizi bu qürurlu gün münasibətilə təbrik edirəm. Uğurlarımız bol olsun!

Afsəddin Nəbiyev, AMİP-in sədr müavini

Azinforum.az