AMİP-30

“Laçında hərbçimizin yaralanması, erməni tərəfinin çox riyakar olduğunu bir daha sübut edir…”

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhəddimizdə bir neçə dəfə təxribat törədilib. Səhər saatlarında “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub. Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. İki ölkə arasında sülhün əldə edilməsi istiqamətində danışıqların intensivləşdiyi bir zamanda dövlət sərhəddimizdə erməni təxribatları durmadan davam edir.

Bu təxribatların arxasında nə dayanır? Ermənistan nəyə nail olmaq istəyir? Münasibətlərin gərginləşməsi fonunda  2023-ci ilin sonuna qədər sülh müqaviləsinin imzalanması nə dərəcədə real görünür? Bu suallarla bağlı Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Visiontv.az saytına açıqlamasında bunları şərh etdi:

“Azərbaycanın səlahiyyətində olan Laçındakı nəzarət – buraxılış məntəqəsinə edilən erməni təxribatı bir daha onu göstərdi ki, ermənilər dediyi sözlərlə əməlləri heç vaxt üst – üstə düşmür. Biz hər dəfə müşahidə etmişik ki, sülh müqaviləsi ilə bağlı danışıqların getdiyi bir dövrdə Ermənistanın qeyri – konstruktiv mövqeyi səbəbindən məlum münaqişə yenidən alovlanır. Bu gün baş verən erməni təxribat da bunun əyani sübutudur. 

Hər dəfə ermənilərin ölkəmizlə şərti sərhəddə eyni zamanda da Qarabağdakı sülhməramlılarının məsuliyyət dairəsində olan ərazilərdən Azərbaycan hərbiçilərinə atəşlərin açıldığına şahid olmuşuq.  Beləliklə danışıqlar masada qalıbdır.  Yəni, sülh müqaviləsi ilə bağlı erməni rəsmilərinin hər hansısa bir fikri səmimi deyil. Ermənilər bilirlər ki, Azərbaycan güc sahibdir. HəmçininTürkiyə ilə Azərbaycan tandemi erməniləri qorxudur.

Rusiyanın da da bu gün zəifləməsi fonunda ermənilər özləri üçün uyğun bir dönəmin olacağını ehtimal edirlər. Buna görə də prosesləri bir qədər də uzatmaq və onlara əlverişli bir məqamda hansısa müqaviləyə razılıq verməyi düşünürlər. Amma bir tərəfdən də göründüyü kimi təxribatlarını da davam edirlər. Revanşist çıxışlarından da geri qalmırlar. Biz dəfərlərlə demişik ki, erməni rəsmilərinin qeyri – konstruktiv fikirləri səbəbilə danışıqlar uzanıb.  

Konkret olaraq sülh müqaviləsinin bağlanması üçün əsas şərtlərdən biri də budur ki, əgər Azərbaycan ərazisində ermənilər yaşayırsa,vaxtilə dədə – baba yurdlarından qovulmuş soydaşlarımız Qərbi Azərbaycana qayıdıb yaşamalıdırlar. Yalnız bu halda Ermənistanla qarşılıqlı etimaddan və normal münasibətlərdən söhbət gedə bilər. Əks halda isə hər hansısa bir ciddi uğura sahib olmaq mümkün deyil. Xüsusən də ermənilərin söz verib sözlərinə əməl etmədikləri bir dönəmdə sülh sazişinin imzalanacağı real görünmür.”


Bünyamin Bünyadzadə
Visiontv.az