AMİP-30

“Fransa Ermənistandan alət kimi istifadə edir” – POLİTOLOQ

“Fransa Ermənistandan alət kimi istifadə etməklə Cənubi Qafqaza təsir imkanları əldə etməyə çalışır. Ermənidən çox erməni olduğunu göstərməyə çalışan Makron rejimi özünün islamofobiya, antitürk siyasətini reallaşdırmaq üçün, məhz erməni amilindən istifadə etməyə cəhd göstərir”.

Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, biz bundan əvvəl də, yəni otuz il ərzində Fransanın erməni maraqlarından çıxış etdiyinə şahidlik etmişik, amma Makronun gəlişi ilə bu münasibətlər Azərbaycana qarşı açıq düşmənçilik mövqeyinə keçib: “Məşhur fransalı siyasi analitik, jurnalist və yazıçı Alen Soralın da dediyi kimi, “Makron Rotşildin bankında çalışan kukla, lazımi yerdə, lazımi sözü deyə bilən robot, şən homoseksualdır. Ondan qabaqkı liderlər əclaf, satqın olsalar da, ən azından şəxsiyyət idilər. Makron isə darmadağın bir insandır”. Həqiqətən də, Makronun davranışları Fransanın indiyə qədər dünya siyasətindəki roluna çox ciddi şəkildə zərbə vurub və bunun fransızlar özləri də etiraf edir. İndi isə Afrikadan qovulan Fransa, “kiçik bacı”sı vasitəsilə nəyin bahasına olursa-olsun Cənubi Qafqaza soxulmaq istəyir. Odur ki, bütün imkanları ilə Azərbaycan və Ermənistan arasında gərginliyin qalması üçün addımlar atır. Ermənistan isə, öz növbəsində, aldığı ağır məğlubiyyətlərdən, diplomatik uğursuzluqlardan nəticə çıxarmayaraq yenə də bölgədə gərginlik axtarışında olan qüvvələr üçün alət olmaqda davam edir”.

R.Bayramov onu da bildirdi ki, Fransa üçün öz maraqlarını təmin etmək baxımından bölgədə yeni eskalasiya vacibdir və rəsmi Parisi yeni hərbi əməliyyatlar olacağı halda ermənilərin hansı vəziyyətə düşəcəyi çox az maraqlandırır: “Əsas odur ki, gərginlik olsun və Fransa da bu gərginlikdən istifadə edərək “kiçik bacı”nı qorumaq adı altında bölgəyə soxulsun. Başqa sözlə desək Fransanın Ermənistan sevgisinin arxasında heç də erməni maraqları dayanmır. Fransanın Ermənistan dostluğunun nə zamana qədər davam edəcəyinə gəldikdə isə nə qədər ki, Ermənistan alət rolunda oynamaqda davam edəcək və nə qədər ki, Fransanın Cənubi Qafqazla bağlı siyasətində dəyişiklik olmayacaq, nə qədər ki, Fransadakı erməni lobbisinin rəsmi Parisin siyasətinə təsir imkanları qalacaq, bu, belə də davam edəcək. Amma yenə təkrar edirəm, bu birlik, sadəcə, maraqlar üzərində qurulan birlikdir. Yoxsa ki, Fransa və Ermənistanı bir-birinə bağlayan tək ortaq cəhət onların törətdikləri qətliamlar, insanlıq əleyhinə cinayətləridir”.

Müəllif: Gülyana

sia.az