AMİP-30
a

Sentyabr 2023

Sentyabrın 15-də Azərbaycan Milli İstiqlal Partiyasının bir qrup üzvü Türk Şəhidləri məzarlığını ziyarət etmişdir. 15 sentyabr Azərbaycanın , qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi bir gündür. 1918-ci il 15 sentyabr Qafqaz İslam Ordusunun Komandanı qəhrəman sərkərdə Nuri Paşa Bakı şəhərini erməni daşnaklarından və rus şovinistlərindən azad etdi. Bu qələbənin qazınılmasında Ənvər Paşanın, Mursəl Paşanın, Rüşdü bəyin , yüzlərlə şəhidlərimizin böyük rolu olmuşdur. AMİP sədri qısa nitqində 15 sentyabr qəhrəmanlıq salnaməsi günü olduğunu, məhz bu günün Azərbaycanın Qurtuluş günü olduğunu xüsusilə qeyd etdi. Eyni zamanda Arzuxan

Moskva Bakı və İrəvanla Qarabağla bağlı təmasları davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. Daha sonra Peskov fikirlərini belə əsaslandırıb: “Şübhəsiz, biz gərginliyin azalmamasından və hətta bəzi hissələrdə artmağa meylli olmasından narahatıq. Heç nəyə baxmayaraq, Rusiya təhlükəsizliyin etibarlı təminatçısıdır. Biz həm İrəvanla, həm də Bakı ilə təmaslarımızı davam etdiririk. Əlbəttə ki, hər iki tərəfi təmkinli olmağa və iki il bundan əvvəl imzalanmış üçtərəfli razılaşmalar ruhunda hərəkət etməyə çağırırıq. Əlbəttə, o vaxtdan bəri formalaşan yeni

Rusiya tərəfi növbəti dəfə Azərbaycanla bağlı təxribatçı açıqlama verib. Belə ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəmizlə bağlı absurd fikirlər səsləndirib. O, keçirdiyi brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi “seçkilər”i tanımamasına təpki göstərib: “Nəyə görə bu şərh verilib? Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir. Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var.  Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi

AMİP sədri Arzuxan Əlizadə "Sitat tv"nin canlı yayınında Qarabağda baş verən son prosesləri təhlil edib: "Bölgədə gərginlik artıb. Onsuz da elə əvvəldən bölgədə bir çox qüvvələrin maraqları toqquşurdu. Bu gün bir qədər də üst səviyyəyə keçib. Məlumdur ki, Paşinyan zamanında Ermənistana Qərb qüvvələri tərəfindən gətirildi.Hakimiyyətə gətirildikdən sonra üzərinə çox ciddi öhdəliklər qoyulub. Bu öhdəliklərdən biri də odur ki, Rusiyanın bu bölgədə nüfuzunu zəiflətsin, Ermənistanı Rusiyanın nəzarətindən tam olaraq çıxarsın və Qərbin nəzarətinə versin". Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.  https://www.youtube.com/watch?v=AB-r_igLuKs

Məlum olduğu kimi, Xankəndidəki qondarma separatçı qurumda keçirilən “prezident seçkisi” ilə bağlı əksər aparıcı dövlətlər, beynəlxalq təşkilatlar  və Avropa İttifaqı bəyanat yayaraq, bu “seçkini”, onun “nəticələrini” qəbul etmədiklərini bildiriblər. Lakin Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələr bu “seçkini” böyük uğur kimi qələmə vermək istəyirlər. Onlar həmçinin, Paşinyan hökumətini də rəsmən Xankəndidəki “seçki şousu”nun nəticələrini qəbul etməyə və separtatçıların yeni “lideri” Samvel Şahramanyanı təbrik etməyə çağırırlar. Belə ki, “Daşnaksutyun” partiyasının parlamentdəki nümayəndəsi Qeqam Manukyan Nikol Paşinyanı indiyə kimi Şahramanyanı təbrik etmədiyinə görə tənqid edib. O, artıq

Ermənistanın “Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzi”nin mətbuat xidməti məlumatına görə, İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb olunacaqlar. Məlumatda qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub: “İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”. Qəribədir ki, indiyə qədər İran minatəmizləmə ilə bağlı bir dəfə olsun Azərbaycanana humanitar yöndə təklif

TV Müsavat-ın canlı efirinin qonağı AMİP sədri Arzuxan Əlizadə olub.  Arzuxan Əlizadə siyasi partiyalarla bağlı yeni qanunun qəbulu ilə bağlı danışıb. O, bildirib ki, özünü radikal müxalifət kimi tanıdan az sayda partiya var ki, bu prosesi pislədilər, əslində isə həmin güclər illər ərzində hakimiyyətə gəlmək uğrunda deyil, müxalifət arasında birincilik uğrunda mübarizə aparıblar.  Ətraflı videoda: https://www.youtube.com/embed/RxAAi3Yvn6o