AMİP-30
a

Dekabr 2025

Azərbaycanda erkən nikahlar uzun illərdir sosial və hüquqi problemlərdən biri olaraq qalır. Ölkədə qanunla müəyyən olunmuş yaş həddi altında evlənmək qadağan olunsa da, cərimələrin tətbiqinə baxmayaraq, hələdə bir sıra bölgələrdə və ailələrdə erkən nigah hallarına rast gəlmək mümkündür. Bu məsələ təkcə hüquqi deyil, həm də sosial, iqtisadi və psixoloji aspektləri ilə diqqət çəkir. Bəs qarşısı necə alınmalıdır? Cərimələr artırılmalıdırmı?  Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, erkən nikahlar mütəmadi olaraq gündəmə gələn ciddi problemdir: "Son dövrlərdə onların sayı əvvəlki illərlə müqayisədə azalmağa doğru gedir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Brüsseldə olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Dekabrın 2-də Ermənistan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq gündəliyi imzalanıb. Yada salaq ki,  dekabrın 2-də Brüsseldə imzalanmış  sənədə Bakı ciddi etiraz edib. XİN-in yaydığı bəyanatda sənəd “postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd” qiymətləndirilib.  “Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən

Azərbaycan və Ermənistan arasında onilliklər davam edən münaqişənin həlli istiqamətində ən mühüm addım 2025-ci il avqustun 8-də Vaşinqtonda atılıb. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb, xarici işlər nazirləri isə “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” müqavilənin 17 maddəlik mətnini paraflayıblar. Bu sənəd hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasını və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutur. Paraflanma uzunmüddətli danışıqların nəticəsi olaraq tarixi nailiyyət hesab olunur və bölgədə davamlı

Prezident İlham Əliyev genişmiqyaslı amnistiya təşəbbüsü ilə çıxış edib. Dövlət başçısının Milli Məclisə təqdim etdiyi amnistiya aktı minlərlə məhkumun cəzadan azad olunmasını və ya cəzasının yüngülləşdirilməsini nəzərdə tutur. Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu ilin Suverenlik və Konstitusiya ili olması nəzərə alınmaqla ilin əvvəlindən əslində ya əfv sərəncamı, ya amnistiya aktının ola biləcəyi ehtimalı var idi və bu məsələ gündəmdə müzakirə mövzusu idi, nəticə etibarilə Azərbaycan Prezidenti cənab İlham Əliyev amnistiya aktı qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Deputatın fikrincə, gözləntilər kifayət

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü Ermənistanda böyük rezonans doğurub. Bununla bağlı Ermənistan mediasında silsilə xəbərlər dərc olunub. Məlumatda Prezident İlham Əliyevin qərarının bənzərinin Ermənistanda uzun illərdir tətbiq edilmədiyi diqqətə çatdırılıb. “2018-ci ildə hakimiyyət dəyişikliyindən bəri Ermənistanda əfv olmayıb. Hökumət nümayəndələrinin açıqlamalarına görə, yaxın gələcəkdə də əfv gözlənilmir”, – məlumatda vurğulanıb. Qeyd edək ki, Prezident İlham Əliyevin amnistiya qərarının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Çox maraqlıdır, belə məlum olur ki, 2018-ci ildən bəri Ermənistanda əfv olmayıb. Niyə? Sözügedən

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işinin istintaqı davam etdirilir. "Mehdiyev işi" ilə bağlı daha bir neçə başqa şəxs cinayət məsuliyyətinə cəlb edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasovu buna misal göstərmək olar. Ramiz Mehdiyev kifayət qədər ağır ittihamlarda suçlanır: Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Məlumata görə, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə