AMİP-30

Bu cür yerlərdə uşaqların çimməyinin qarşısı alınmalıdır – Deputat

“Təəssüflər olsun ki, hər il yay mövsümündə kanallarda, müxtəlif su hövzələrində, eləcə də Xəzər dənizində boğulma halları olur. Hər il mövsüm başlamamışdan əvvəl dövlət qurumları, xüsusən FHN bununla bağlı əhaliyə çağırış edir, xəbərdarlıqlar edilir. Qadağan olunmuş ərazilərdə, su hövzələrində, kanallarda çimməyin qadağan olunduğu və bu qadağalara riayət edilməsinin vacibliyi vurğulanır. Amma təəssüf ki, bu hallar nəinki azalmır, daha da artır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu, əslində vətəndaş məsuliyyətsizliyidir:

“Daha çox uşaqlar, yeniyetmələr bu halların qurbanına çevrilirlər. Ona görə ilk növbədə valideynlərin məsuliyyəti olmalıdır. Hələ formalaşmamış yeniyetmənin bir çox hallarda təhlükəni fərq etmədən riskli addım atması normaldır, amma valideynlər bu məsələyə öz problemləri kimi yanaşmalıdırlar. Bu cür təhlükəli yerlərdə uşaqların çimməyinin qarşısı istənilən halda alınmalıdır. İctimai qınaq, ictimai nəzarət olmalıdır”.