AMİP-30

AMİP-in 13-cü qurultayına gələn təbriklər

28 sentyabr 2025 ci ildə keçirilmiş  AMIP gurultayına əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlardan , siyasi partiyalardan çoxsaylı təbriklər daxil olmuşdur. Onlardan bir neçəsini burada paylaşırıq.

AMİP-in 1999 cu ildən tam hüquqlu üzv olduğu, dünyanın 80 dən artıq ölkəsindən 100-artıq sağ-mərkəz partiyasını öz ətrafında birləşdirən Beynəlxalq Demokrat İttifaqının Baş Katibi Tina Mersepin təbriki:

28 Sentyabr 2025-ci ildə keçiriləcək Partiyanın 13-cü Qurultayı münasibətilə təbrik

AMİP-in 13-cü qurultayının hörmətli iştirakçıları

Beynəlxalq Demokrat İttifaqı adından sizi Azərbaycan Milli İstiqlal Partiyasının 13-cü qurultayı münasibətilə səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Bu əlamətdar hadisə partiyanızın nailiyyətlərini əks etdirməklə yanaşı, gələcək fəaliyyət perspektivlərini yaratmaq imkanı yaradır. Azərbaycan Milli İstiqlal Partiyasının demokratiya, stabillik və tərəqqi prinsiplərinə daima bağlı qalmağı qlobal demokrartk aləmdə güclü əks səda doğurur.

Beynəlxalq Demokrat İttifaqı AMİP-in BDİ-nin qlobal siyasi sağ mərkəzçilər  ailəsinin davamlı üzvü olmasını  çox yüksək dəyərləndirir. Sizin beynəlxalq ittifaqımızda olmağınız azadlığa, insanlıq ləyaqətinə və qanun aliliyinə sadiq olan partiyalarla əlaqələri daha da gücləndirir. Biz birlikdə vətəndaşların səslərinin eşidildiyi, rifahın yüksəldiyi və gələcək nəsillər üçün sülhün qorunduğu cəmiyyətlərin baxışlarını bölüşürük.

Mən sizə müzakirələrinizdə uğurlar diləyirəm və inanıram ki, Qurultayın nəticələri həm Azərbaycanın gələcək inkişafına həm də partiyanızın gələc fəaliyyətinə öz tövhələrini verəcəkdir.

Sizi bir daha qurultay münasibətilə təbrik edir və Qurultayın məhsuldar və ruh yüksəkliyi ilə keçməsini səmimi qəlbdən arzu edirəm.

Xoş arzularla,

Tina Mersep

Beynəlxalq Demokrat İttifaqının baş katibi, icraçı direktoru

AMİP-in 1995-ci ildən ikitərəfli əlaqələri qurduğu, sonradan bu əlaqələri müttəfiqlik münasibətlərinə keçirtdiyi Böyük Britaniyanın Mühafizəkarlar ( Konservatorlar) partiyasından daxil olan təbrik məktubu:

Azərbaycan Milli İstiqlal Partiyasına

Hörmətli Qurultay Nümayəndələri,

Sizə Birləşmiş Krallığın Konservatorlar Partiyası adından AMİP-in 13-cü Qurultayı münasibətilə salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Sovetlər İttifaqı dağılandan sonra Azərbaycanda yaranmış ilk sag mərkəz partiyası olaraq Azərbaycan Milli İstiqlal Partiyası azadlıq və demokratiya uğrunda qürurverici tarixə malikdir.

Partiyalarımız 1996 – cı ildən əməkdaşlıq etməyə başlamışlar və dostluq əlaqələrimiz 30 ilə yaxın davam etməkdədir. Biz həmçinin AMİP-i dünyəvi sağ mərkəzçilər ailəsi, Beynəlxalq Demokrat İttifaqı üzvlüyünə tövsiyyə etdiyimizdən şox şadıq, illər öncə də və hazırda da bu nüfuzlu forum vasitəsilə beynəlxalq səviyyədə birgə işləyirik.

Şəxsən mən özüm AMİP-i ilk günlərindən tanıyıram. Partiya nümayəndələri ilə ilk görüşüm 1995-ci ildə olmuşdur, mövbəti görüşümüz isə ilk dəfə 1997-ci ildə Azərbaycana səfərim zamanı Avropa Gənc Konservatorları təşkilatının  nümayəndə heyətinə rəhbərlik edərkən olmuşdur. Mən həmçinin AMİP nümayəndələrinin 1996-cı ildə Londona səfəri zamanı onları Baronessa Tetçerə təqdim etmək şərəfinə də nail olmuşam.

Sİzə məhsuldar və xoş qurultay keçirməyi arzu edir və müştərək dəyərlərə əsaslanan əməkdaşlığımızın davam edəcəyinə ümid edirik.

Ən xoş arzularla,

Sizin

Endru Rosindell, BB Parlamentinin  üzvü

Kölgə Xarici İşlər Naziri

Daha  bir təbrik AMİP-in 2003-cü ildən iki tərəfli müttəfiqlik əlaqələri qurduğu və bu günə qəfər bu əlaqələri artan xətt üzrə inkişaf etdirdiyi İsveçin Moderat partiyasından daxil olmuşdur :

Azərbaycan Milli İstiqlal Partiyasına,

Azərbaycan Milli İstiqlal Partiyasının qarşıdan gələn növbəti qurultayı münasibətilə sizə müzakirələrlə dolu məhsuldar Qurultay arzu edirik. Həmçinin biz yeni seçiləcək rəhbərliyi də indidən təbrik edirik.

Biz qurultay zamanında Bakıda olmamağımız üçün təəssüflənirik, lakin AMİP ilə Yarl Hyalmarson Fondu arasında olan uzunmüddətli əməkdaşlığı çox yüksək dəyərləndirir və sizinlə yenidən görüşməyi səbirlizliklə gözləyirik.

Ən xoş arzularla,

Eva Elisabet Qustavson

Moderat partiyası , Jarı Halrmanson Fondunun

İcraçı directoru