AMİP-30

Etibar Məmmədovdan Başsağlığı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədov tanınmış sənətkar, Yadigar Muradovun vəfatı xəbərini dərin kədərlə qarşılamışdır.
​Yadigar Muradovun ölkəmizin mədəniyyət və incəsənət həyatına verdiyi töhfələr, hər zaman yüksək qiymətləndirilmişdir. O, öz sənəti, zəhməti və xüsusi istedadı ilə xalqımızın qəlbində silinməz izlər buraxmışdır. Etibar Məmmədov bu ağır itki ilə əlaqədar sənətkarın ailəsinə, yaxınlarına, dostlarına, eləcə də bütün Azərbaycan sənətsevərlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
​Yadigar Muradovun xatirəsi hər zaman ehtiramla yad ediləcəkdir.
​Allah rəhmət eləsin!

​Etibar Məmmədov
​AMİP Fəxri Lideri