Prezidentdən xüsusi mesaj: “Hökumət addımlar atacaq”
“Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəldib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”. Vaxtilə